Say və onun quruluşca növləri

Əşyanın miqdarını və ya sırasını bildirən əsas nitq hissəsinə say deyilir. Say neçə?, nə qədər?, necənci? suallarından birinə cavab olur. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s.
Sifət əşyanın əlamətini, say isə miqdar və ya sırasını bildirir. Sayın sifətlə bir neçə oxşar cəhəti var:
1. Say da sifət kimi isimlə bağlı olur və sifət kimi isimdən əvvəl işlənir;
2. Say da sifət kimi cümlədə ən çox təyin olur;
3. Say da sifət kimi ismi əvəz edə bilir, yəni isimləşir;
4. Say da sifət kimi quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Sayın quruluşca növləri

Saylar quruluşca 3 növə bölünür: sadə, düzəltməmürəkkəb saylar.
Sadə saylar bir kökdən ibarət olur. Məsələn: bir, üç, yeddi, on, əlli, səksən, milyon və s.

Düzəltmə saylar kök və leksik şəkilçidən ibarət olur. İsim və sifətdən fərqli olaraq, düzəltmə saylar başqa nitq hissələrindən yox, sayların özündən düzəlir.

Düzəltmə saylar sadə saylara -inci4 şəkilçisini artırmaqla düzəlir. Bu şəkilçi yalnız saya aid şəkilçidir: qırx-ıncı, səkkiz-inci, iki-nci. Əvvəl, axır, son, filan sözləri də -inci4 şəkilçisi ilə işlənir və bu zaman onlar şərti olaraq say hesab edilir. -larla2 və –larca şəkilçilərinin köməyi ilə düzələn onlarla, yüzlərlə, onlarca, minlərcə tipli saylar, həmçinin -lu şəkilçisinin köməyi ilə düzələn çoxlu sayı da quruluşca düzəltmədir.

Mürəkkəb saylar da, əsasən, saylardan yaranır. Məsələn: üç-dörd, beş-altı, on-on beş, otuz üç, yüz iyirmi beşinci, bir az, bir çox, ikidə bir və s. İki-üç, üç-dörd tipli mürəkkəb qeyri-müəyyən miqdar sayları defislə, qalanları isə ayrı yazılır.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir