Samit səslərin növləri

Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:

Kar samitlər
Cingiltili samitlər

Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.

Cingiltili samitlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur.

Dilimizdəki cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir:

Cingiltili samitlər: b, q, v, ğ, d, j, z, y, g, c, l, m, n, r, –
Kar samitlər:          p, k, f, x, t, ç, s, x, l, ç, -, -, -, -, h.

Dilimizdə 5 samitin – l, m, n, r cingiltili samitlərinin kar, h kar samitinin isə cingiltili qarşılığı yoxdur.
msəslərinin əmələ gəlməsində hava axını, əsasən, burun samitləri deyilir.

Dilimizdə 25 samit səs var ki, onlar 23 harflə ifadə olunur. Əlifbamızda kombayn, kran, konkret sözlərindəki (-k) səsini və çörək, çiyələk, ərik sözlərindəki (-x) samitini ifadə etmək üçün xüsusi hərf yoxdur. Bu iki səs əlifbamızda kitab, türk, təşkil sözlərindəki (-k) səsini ifadə edən k hərfi ilə göstərilir. Buna görə də dilimizdəki samit səslərin sayı 25, əlifbamızdakı hərflərin sayı isə 23-dür.

Dilimizdə 34 səs, 32 hərf var.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *