Saitlərin bölgüsü

Dilimizdə 9 sait səs var: a, e, ə, i, ı, o, ö, u, ü.
Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var:

1. Dilin arxa və ya ön hissəsində deyilməsinə görə:

Qalın saitlər: a, ı, o, u.
İncə saitlər: ə, i, ö, ü, e.

2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə görə:

Qapalı saitlər: ı, i, u, ü.
Açıq saitlər: a, ə, o, ö, e.
Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki 4 cür yazılan şəkilçiləri (-çı, -çi, -çu, -çü; -lıq, -lik, -luq, -lük və s.) yadda saxlamaq lamımdır. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir.

3. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan saitlər: o, ö, u, ü.
Dodaqlanmayan saitlər: a, ə, ı, i, e.
Dodalanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi səkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir.

Sait səslərin növlərini aşağıdakı cədvəldə daha aydın şəkildə görmək olar:
table001

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir