Qoşmaların orfoqrafiyası və ortaq olan qoşmalar

-tək, -dək, -can2-ca2 qoşmaları qoşulduğu sözlərə bitişik şəkildə yazılır. İlə qoşması isə həm bitişik (-la, -lə şəklində), həm də ayrı, diqər qoşmalar qoşulduğu sözlərdən ayrı yazılır.

Qeyd: Tamamlıqlar daha çox başqa, savayı, özgə, qeyri, əlavə qoşmalarının köməyi ilə xüsusiləşir. Qeyd edilən qoşmaların qoşulduğu sözlər və birləşmələr əlavə informasiya ifadə edir, xüsusi intonasiya ilə tələffüz edilir və onlardan sonra vergül işarəsi qoyulur: Məsələn: Xeyransa ardav aşıq minnətdarlıqdan başqa, ürəyində ona dua edirdi. Verilmiş tapşırıqlardan əlavə, evdə daha şox iş görməli idi. Bunlardan savayı, hamısını çölə çıxardın.

Başqa nitq hissələri ilə ortaq olan qoşmalar

Aşağıdakı qoşmalar başqa nitq hissələri ilə ortaq sözlərdən ibarətdir: Tərəf sözü isimqoşma kimi işlənə bilir. Məsələn: Bu tərəf şərqdir (isim). Sağa tərəf get (qoşma).

Doğru, qabaq sözləri sifət, zərfqoşma kimi işlənən bilir. Məsələn: Qabaq sıralar boşdur (sifət).Qabağa bax (zərf). Bizdən qabaq gələn yoxdur (qoşma).

Yalnız qoşma: üçün, ötrü, savayl, görə.

Başqa, qeyri, ayrı, özgə sözləri sifət kimi də işlənir.

Sarı sözü sifət, feilqoşma kimi işlənən bilir. Məsələn: Sarı qələmi mənə ver (sifət). İpi sarı (feil). Evə sarı getmə (qoşma).

Sonra, əvvəl sözləri zərfqoşma kimi işlənə bilir: Bu məsələyə sonra baxarıq (zərf). Səndən sonra atan da gəlmişdi (qoşma). Əvvəl onu gör (zərf). Məndən əvvəl bura gələn olmayıb. (qoşma).

Kimi sözü əvəzlik (qeyri-müəyyən və ya sual əvəzliyi) və qoşma kimi işlənə bilir. Məsələn: Kimi dərsini oxuyur, kimi tapşırıq yazırdı (əvəzlik). Kimi axtarırsan? (əvəzlik). Evə kimi piyada getdik (qoşma).

Üçün, ötrü, savayı sözləri yalnız qoşma kimi işlənir.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir