Qoşma

İsmin müxtəlif hallarında olan sözlərə qoşularaq, müəyyən məna çaları əmələ gətirən köməkçi nitq hissəsinə qoşma deyilir.
Qoşmalar, əsasən, isimlərə və ismi əvəzliklərə, məsdərlərə, bəzi zərflərə, eləcə də isimləşən başqa sözlərə də qoşula bilir. Məsələn: Onlar Akiflə razılaşdılar. Oxumaq üçün kitabxanaya getdik. Dünənə kimi hava isti idi. Oxuduğuma görə imtahanda yaxşı nəticə göstərdim.
Qoşmalar ismin 4 halında olan sözlərə qoşulur:

1.Adlıq halda işlənən qoşmalar. Adlıq halda olan sözlərə qoşulan qoşmalar bunlardır: qədər, kimi, -tək, üçün, ilə (-la, -lə), -ca2. Bu qoşmalardan ilk üçü – qədər, kimi, -tək, bəzən də -ca2 müqayisə, bənzətmə, tərz mənasını bildirir. Məsələn: Qızın dişləri mirvarıtək ağappaq idi. Sevincindən quş kimi uçurdu. Dəryaca ağlın olsa….

Kimi qoşması adlıq feili sifətlərə qoşularkən zaman mənası da bildirir. Məsələn: Qatar dayanan kimi hamı ona tərəf qaçdı. Anamı görən kimi çox sevindim və s.

-tək-ca2 qoşması qoşulduğu sözlərə bitişik şəkildə yazılır.

İlə, bəzən də -ca2 qoşması birgəlik, vasıtə mənası bildirir. Məsələn: Əlik ilə işim var. Lənkərana gəmi ilə getdik. Yol boyunca ağaclar əkilmişdi və s.
İlə qoşması samitlə bitən isimlərə qoşulduqda həm ayrı, həm də bitişik (-la, -lə şəklində) yazılır. Məsələn: Nurlan ilə – Nurlanla və s. Saitlə bitən sözlərdə isə bu qoşma həmişə ayrı yazılır.
ilə qoşması ayrı yazildıqda (ynan, ynən) səklində tələffüz olunur. Məsələn: atası ilə – atasiynan, gəmi ilə – gəmiynən. Qoşma bitişik yazıldıqda isə -nan, -nən şəklində tələffüz olunur. Məsələn: qardaşımla – qardaşımnan, qələmlə- qələmnən və s.

üçün qoşması isə səbəbməqsəd mənasını bildirir. Məsələn: anam üçün, oxumaq üçün və s.
Üçün qoşması samitlə bitən sözlərdən sonra (-çın4), saitlə bitən sözlərdən sonra isə (-yçın4) şəklində tələffüz olunur. Məsələn: atam üçün (atamçün), qonşu üçün (qonşuyçün) və s.

2. Yiyəlik halda işlənən qoşmalar. Yilyəlik halda olan sözlərə qoşulan qoşmalar bunlardır: qədər, kimi, -tək, üçün, ilə (-la, -lə). Bu qoşmalardan ilk üçü – kimi, tək, qədər müqayisə, bənzətmə mənasını bildirir. Məsələn: Onun kimi dost çətin tapılar. Sultan sənin qədər çalışırdı.Onuntək adamlar buvəzifəniyerinə yetirə bilərlər.

İlə qoşması birgəlik, vasitə mənasını bildirir. Məsələn: Səninlə işim var. Onunla gəzməyə gedirdik və s.
Üçün qoşması isə səbəb və məqsəd mənasını bildirir. Məsələn: sənin üçün,bizim üçün və s.

Uğrunda, naminə, haqqında, barəsində və s. qoşmaları da adlıq və yiyəlik hallı sözlərə qoşula bilir.

3. Yönlük halda işlənən qoşmalar. Yönlük halda olan sözlərə qoşula qoşmalar bunlardır: qədər, kimi, -dək, -can2, tərəf, doğru, qarşı, sarı, görə, əsasən, aid, dair, məxsus.
Qədər, kimi, -dək, -can2 qoşmaları məsafə və zaman mənasını bildirir. Məsələn: Kəndə qədər (kimi) piyada getdik. Axşama qədər səni gözləmişəm. Uşaq yüzəcən saydı və s.

Tərəf, doğru, qarşı, sarı qoşmaları yönəlmə, istiqamət mənalarını ifadə edir. Məsələn: bağa tərəf, evə doğru, küləyə qarşı və s.

Görə qoşması səbəb və istinad bildirir: Xəstəliyinə görə onu evə buraxdılar. Rəhbərliyin əmrinə görə bizi burada saxladılar. və s. Əsasən qoşması da istinad bildirir: Qərara əsasən onlara güzəştlər ediləcək.

Aid, dair, məxsus qoşmaları da aidlik bildirir: Fəlsəfəyə dair mülahizələri var. Sənə aid olan kitabları apararsan.

Yönlük halda işlənən qoşmalardan -dək -can2 sözlərə bitişik şəkildə yazılır: evədək, axşamacan, kəndəcən və s.

4. Çıxışlıq halda işlənən qoşmalar. Əvvəl, sonra, qabaq, bəri, başqa, savayı, ayrı,özgə, əlavə, qeyri,ötrü. Bu qoşmalar – əvvəl, sonra, qabaq, bəri zaman mənasını bildirir.

Ötrü qoşması səbəb-məqsəd mənasınıbildirir. Qoşmalardan başqa,savayı, ayrı, özgə, qeyri isə fərqlənmə mənasında işlənir.

Qoşmalar qoşulduğu sözlə birlikdə bir cümlə üzvü olur. Məsələn: Bu kitablar şagirdlər üçündür cümləsində üçündür qoşmasını ayrılıqda xəbər kimi götürmək olmaz, o, şagirdlər sözü ilə birlikdə sadə ismi xəbərdir.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *