Qeyri-müəyyən əvəzliklər

Qeyri-müəyyən əvəzliklər – ismin yerində işlənir və qeyri-müəyyən şəxsi və ya əşyanı bildirir. Qeyri-müəyyən əvəzliklər kim? nə? suallarına cavab olur.
Dilimizdə ən çox işlənən qeyri-müəyyən əvəzliklər bunlardır: biri, kimsə, kim isə, nəsə, nə isə, hamı, kimi, hərə, bəzi, bəzisi, bəziləri, hər kəs, hər şey, hər nə və s.
Qeyri-müəyyən əvəzliklər isim kimi hallanır. Kim isə, nə isə qeyri-müəyyən əvəzlikləri hallanarkın hal şəkilçisi I tərəfə artırılır. Məsələn: kimin isə, nəyə isə, kimdən isə və s. Qeyri-müəyyən əvəzliklər cümlədə, əsasən, mübtəda və tamamlıq olur. Məsələn: Hamı gülür (mübtəda). Hərənizə bir sualım var (tamamlıq). Bu əvəzliklər də xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn: Bu işdə günahkar hamımızıqQeyri-müəyyən əvəzliklərin çoxu mənsubiyyətə görə dəyişir. Məsələn: hər şeyim, hamımız, hərəniz və s.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *