Qaşasamitli sözlərin yazılışı və tələffüzü

Eynicinsli qoşa kk, pptt hərfləri ilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarşılığı kimi tələffüz olunur. Məsəslən: səkkiz – səkgiz, murəkkəb – mürəkgəb, tappıltı – tapbıltı, hoppanmaq – hopbanmaq, əlbəttə – əlbətdə və s.

Eynicinsli qoşa qq hərfləri ilə yazılan sözlərdə birinci cingiltili samit onun kar qarşılığı kimi tələffüz olunur. Məsələn: diqqət – dikqət, doqquz – dokquz və s.

Eynicinsli qoşa bb, cc, dd, ff, ll, nn, rr, vv, şş, zz samitlərinin deyilişində heç bir fərq olmur

Eynicinsli qoşa mm ss samitlərinin əksəriyyətinin deyilişində heç bir fərq olmur. Məsələn: ümman -ümman, qəssab – qəssab, professor – professor. Ancaq bəzi sözlər var ki, onların tələffüzündə qoşa mmss samitləri bir ms kimi deyilir. Məsələn: qrammofon – qramafon, ammonium – amoniyum, rejissor – rejisor və s.

Eynicinsli qoşa yy ilə yazılan sözlərdən bəziləri bir y ilə, bəziləri isə qoşa yy ilə tələffüz olunur. Məsələn: səlahiyyət – səlahiyət, bələdiyyə – bələdiyə, vəziyyət – vəziyət. Bunun səbəbi ondan ibarətdir ki, dilimizdə, adətən, qoşa yy samitli -iyyat, -iyyət səkilçiləri bütün hallarda bir y kimi tələffüz olunur. -iyyə səkilçinin tərkibində olarsa, bir y kimi, sözün kökündə işləndikdə isə, əsasən, olduğu kimi tələffüz olunar.

 

Söz ortasında bəzi samitlərin fərqli tələffüzü:

 

Səz ortasında yanaşı gələn iki muxtəlif kar samitdən ikincisi cingiltili tələffüz olunur. Məsələn: isti – isdi, ixtira – ixdira, döyüşkən – döyüşgən və s.

Söz ortasında n samiti b, m samitlərindən əvvəl gəldikdə m kimi tələffüz olunur. Məsələn: şənbə – şəmbə, günbəz – gümbəz, on beş – om beş və s.

Söz ortasında kar samitdən əvvəl gələn q samiti k kimi tələffüz olunur. Məs.: nöqsan – nəksan, təqsir – təksir, nöqtə – nöktə. Q samiti cingiltili samitdən əvvəl gəldikdə isə q kimi tələffüz olunur. İstiqlal – iltiqlal, miqyas – miqyas və s.

Söz ortasında samitdən sonra d. l, s samitləri gəldikdə c samiti j kimi tələffüz olunur. Məs.: vicdan – vijdan, aclıq,ajdıx, gücsüz – güjsüz və s.

 

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir