Sayta kömək

Hörmətli oxucular və qonaqlar.

Mən bu saytı ziyaret etdiyiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Bu layihə hələ gəncdir və onun inkişaf etməsi üçün yardım lazımdır. Qabaqcadan bildirmək istərdim ki, saytdan siz tərəfdən istifadə, artıq bir köməkdir. Çünki oxucusuz və qonaqsız layihə – ölü layihədir.

Bu veb səhifə administrator tərəfindən internetdə Azərbaycan dilinin qrammatikasına aid olan materiallar axtardıqdan sonra yaradılıb. İnternetdə bizim dildə materialların çox az olması bu sehifenin yaradılmasına təkan verib.

Bildirmək istərdim ki, bu layihə inkişaf edəcək və yeni və maraqlı materialları ilə dolacaq.

Layihəyə 4 yolla kömək edə bilərsiniz.
1. Birinci metod çox sadədir. Siz sosial şəbəkələr, forumlar vasitəsi ilə dostlarınız və tanışlarınız ilə veb səhifənin hər hansı bir səhifəsi ilə bölüşə bilərsiniz.
2. İdeyalarınız və fikirlərinizlə mənə müraciət  edə bilərsiniz. Siz əlaqə formasından istifadə edərək, mənlə əlaqə yaradıb və ya burda bir şərh yaza bilərsiniz.
3. Saytda bir səhv görürsünüzsə şərh yazın və ya mənə müraciət edin.
4. Yazıların rus dilinə tərcüməsində köməklik göstərəsiniz.

 

Minnətdaram.

 

 

Facebook Şərhləri

Bir şərh

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir