Omonimlər

Deyilişi və yazılışı eyni olan, leksik mənası isə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Məsələn:

Bağ -meyvə ağacları əkilmiş sahə.
Bağ – bir şeyi bağlamaq üçün ip.

Şam – yandırmaq üçün cisim
Şam – ağac adı
Şam – axşam yeməyi

Fokus– linzanın fokusu
Fokus – sirkdə göstərilən nömrə

Bu nümunələrdəki bağ, şam fokus sözlərinin deyilişi eyni olsa da, onların ayrı-ayrı anlayışları var. Deməli, həmin sözlər omonimlərdir.
Dilimizdə ən çox işlənən omonimlər bunlardır: al, alışmaq, an, aş, aşıq, at, ay, az, ağrı, bağ, bal, bar, bel, biz, bez, bənd, boya, bulamaq, çat, çap, çay, çaxmaq, çən, dad, dağ, dan, dar, daş, din, don, dolu, divan, düz, en, əqrəb, əsər, göy, gül, hava, iç, inci, incitmək, it, keçinmək, kök, köç, kürək, qala, qat, qaş, qaz, qır, qız, qurd, qan, qol, qovaq, qoyun, ləpə, mürəkkəb, nəticə, rəng, ov, oxu, oxşamaq, saç, sal, şam, şor, tala, tək, top, tut, uçmaq, üz, var, yağ, yal, yan, yaş, yad, yay, yar, yara, yaz, yol və s.

Omonimıiyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər. Bağ şam omonimlərinin hər ikisi isimdir. Aşağıdakı omonimlər də eyni bir nitq hissəsinə aiddir:
Ay – yerin peyki.
Ay – 30 gün.
Bal – qatı şirin maddə.
Bal – zəlzələnin, küləyin gücünü bildirən ölçü vahidi.
Bal – rəqs gecəsi, şənlik
Əqrəb – saatın mili
Əqrəb – zəhərli həşarat;

Uçmaq – qanadlanmaq,
Uçmaq – dağılmaq.
Oxşamaq – bənzəmək,
Oxşamaq – əzizləmək
Alışmaq – öyrənmək, adət etmək.
Alışmaq – yanmaq.

Dilimizdə ayrı-ayrı nitq hissələrinə aid sözlərdən təşkil olunan omonimlər daha çoxdur.

İsim və sifət kimi işlənən omonimlər:
Yaş -insan ömrünün müəyyən dövrü.
Yaş – nəm, islanmış
Kök – tərəvəz,
Kök – dolu, yoğun, şişman.
Mürəkkəb – yazı üçün maye,
Mürəkkəb – çətin

Omonimlərin bir çoxu isimfeil kimi işlənə bilir:
Gül ətri (isim) – Ağlama, gül (feil).

Omonimlər quruluşca düzəltmə də olur. Məsələn: oynaq (bədəndə sümük) ismi ilə oynaq hava birləşməsindəki oynaq sifəti düzəltmə omonimdir.

Səslənməsinə görə bir-birinə oxşar olan ahəng – əhəng, atlaz – atlas, əsr – əsir, serviz – servis, sənəd – sənət və s. kimi sözlər omonim deyil, çünki yazılışları fərqlidir. Tırkibindəki bir hərfə görə fərqlənən belə sözlər paronim adlanır.

Yazılışları eyni olan, lakin vurğunun yerinə görə fərqlənən sözlər də omonim deyil. Vəsələn: alma (isim) – alma (feil), əkin (isim) – əkin (feil), dimdik (isim) – dimdik (sifət) və s.

Bu gür sözlərin yazılışları eyni olsa da, tələffüzləri bir-birindən fərqlənir. Belə sözlər omoqraf adlanır.

Qrammatik şəkilçilərin köməyi ilə aralarında bu cür oxşarlıq yaradan sözlər omoform adlanır.

Mehriban (şəxs adı_ – mehriban, çiçək – Çiçək (şəxs adı), yaqut – Yaqut (şəxs adı) kimi tərəflərindən biri xüsusi isim olan sözlər omonimlik yaratmır. Belə ki, bu vaxt məna-məfhum fərqi meyadana çıxmır, anlayış dəyiəmir. Bundan başqa, nərə, əyan, bəzən tipli sözlər də omonim sayılmır. Çünki nərə (qışqırtı), əyan (dövlət məmuru), bəzən (hərdən) sözlərində birinci hecadakı sait uzun tələffüz olunur. Eyni çür yazılan nərə (balıq), əyan (aşkar), bəzən (bəzənmək) sözlərində isə heç bir sait uzanmır. Omonimin tərifindən çıxış edərək, bu sözlərin yazılışı eyni olsa da, tələffüzünüm fərqi olması onların omonim olmadığını söyləməyə əsas verir.

Dilimizdəki bəzi sözlər həm çoxmənalılıq, həm də omonimik xüsusiyyətinə malikdir. Məsələn: kök sözü insanın kökü, ağacın kökü, sözün kökü birləşmələrində çoxmənalıdır. Kök oğlan və şirəli kök birləşmələrindəki kök sözü isə omonimdir. Boğaz, yar, qaş, qol, yol, daş, duz, dolu, dil, yay, üz, tut, bel sözləri də həmçoxmənalılıq, həm də omonimlik keyfiyyətinə malikdir.

 

Facebook Comments

2 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir