Nida, nida qrupları və növləri

Danışanın hiss və həyəcanını, qorxu və ya sevincini bildirən köməkçi nitq hissəsinə nida deyilir.
Nidalar müxtəlif insan hisslərinin və bəzən idarə oluna bilməyən psixoloji yaşantıların bir səslə və ya bir neçə səsin birləşməsi ilə meydana çıxmasıdır. Nida ifadəçisi olan hisslərin adını bildirməyib, onların siqnalları kimi meydana çıxır.

Nidalar bir neçə qrupa bölmək olar:

1.Qorxu, narahatlıq hissi bildirənlər: vay, oy, ox, ah, vay-vay-vay…
Məsələn: Vay, gör mən nə etdim. Ah, görən onun işi neçə olacaq.

2. Şadlıq, sevinc və təəccüb hissi bildirənlər: paho, bəh-bəh, bıy, oho, oxqay, afərin, ay can, aləm, mərhəba, ura və s.
Məsələn: Afərin! Halal olsun.

3. Qəm, kədər bildirənlər: of, ah, vay, uf, ex, ox, oy və s.
Məsələn: Ah, mən bu ayrılığa necə dözəcəm.

4. Çağırış, yalvarış bildirənlər: hey, ey, ay, ay aman, ay haray və s.
Məsələn: Hey, hardasınız, bura gəlin. Ay haray, köməyə gəlin və s.

5. And bildirənlər: vallah, vallahi, tallah, vallah-billah və s.

Nidaların bölgüsü şərtidir. Eyni nida cümlədəki yerindən asılı olaraq müxtəlif mənalar bildirə bilər.

Nidalar quruluşca sadəmürəkkəb olur. Bir sözdən ibarət olan nidalar sadə, iki və daha artıq sözdən ibarət olan nidalar isə mürəkkəb nidalardır.

Cümlənin əvvəlində gələn nidalardan sonra vergül və ya nida işarəsi qoyulur.
Məsələn:Ah, cavanlıq, cavanlıq!

Cümlənin ortasında gələn nidalardan əvvəl və sonra vergül qoyulur.
Məsələn: Qorxdum, ay aman, yarıldı bağrım.

Cümlənin sonunda gələn nidalardan əvvəl vergül, sonra isə nida və ya üç nöqtə qoyulur.
Məsələn: Çıxdı boşa sərvət qazanan əllərim, ey vay!

Cağırış bildirən a, ay nidalarından sonra vergül qoyulmur.
Məsələn: Ay uşaq, yaxın gəl.
Ey nidasında sonra isə vergül qoyula da bilər, qoyulamaya da bilər.
Məsələn: Ey qərib yolçu, bura gəl. Ey, qərib yolçu, bura gəl.

Qeyd. Nidalarla yamsılamaları qarışdırmamaq lazımdır. Yamsılamalar heyvanların çıxardığı səslərin və təbiətdəki səslərdən ibarətdir. Onların üzərinə -ıltl4 şəkilçisini artırmaqla isim,          -ılda4 şəkilçisini artırmaqla feil düzəlir. 
Məsələn: vızıltı, gurultu, nərilti, mırıltı, xorulda(maq), qaqqılda(maq) və s.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *