Mürəkkəb sifətlər bir neçə yolla yaranır:
1. İki sadə sözün birləşməsi ilə: qaraqaş (qız), uzunsaç (gəlin), hazırcavab (oğlan), diribaş (uşaq) və s.
2. Birinci sadə, ikinci düzəltmə olan sözlərin birləşməsi ilə: ucaboylu, taleyüklü, məqsədyönlü, sözdəyişdirici, qarabuğdayı və s.
3. İki düzəltmə sözün birləşməsi ilə: açıqürəkli, sınıqqəlbli, soyuqqanlı və s. Belə mürəkkəb sifətlərin birinci tərəfi feildən düzələn sifət, ikinci tərəfi isə isimdən düzələn sifət olur.
4. Biri mənsubiyyət şəkilçisi qəbul etmiş sözün iştirakı ilə: dilişirin, yaxasıaçıq, dağüstü və s.
5. Sadə və düzəltmə sözlərin təkrarı ilə: yaşıl-yaşıl, uzun-uzun, dadlı-dadlı və s. Belə sifətlər əşyanın çoxluğunu bildirir və onlardan sonra gələn isimlər daha çox cəmdə işlənir.
6. Biri (bəzən də hə ikisi) ayrılıqda işlənməyən sözlərin birləşməsi ilə: uzun-uzadı, kələ-kötür, əzik-üzük, ayrı-üyrü, qarma-qarışıq və s.
7. Yaxın və ya əks mənalı düzəltmə sifətlərin birləşməsi ilə: güllü-çiçəkli, daşlı-kəsəkli, elmi-kütləvi və s.
ilk dörd qayda ilə düzələn mürəkkəb sifətlər bitişik, qalan qaydalar üzrə düzələnlər isə defislə yazılır.
Cavab 1 dir
Napıyım
Salam zehmet olmasa Yaxınmenali murekkeb sifet de yazardiz.
Müstəqil məna yoxdu?
Sagolun eziyyet çekmisiz herf sefi coxdu
Maraqlıdır
Çox sağ ol.
‘LIKE
Like
Əla anacan sözlər azdı cümlə yoxdu nümunə olaraq
5-1=4 budur
Əlaaa
Cavab 8 dir 9-1=8
Gözəl
Tesekkur edirem cox sag olun amma bir az herf sehfleri var…
Təşəkkürlər 😊🐣
Azerbaycan dilinde yaza bilmirsiniz, Türkçe yazirsiniz. Bura ile maraqlandiginiza göre demek azerbaycanlisiniz
Dersden 5 aldim😊
Əla izah idi. Cox sağ olun
Cok iyi