Mürəkkəb isimlər aşağıdakı bir neçə yolla alınır:
1. İki (bəzən də üç) müxtəlif mənalı sözün birləşməsi yolu ilə. Bu yolla yaranan mürəkkəb isimlər bir vurğu altında deyilir və bitişik yazılır. Məsələn: baramaqurdu, sacayaq, balıqqulağı, yerkökü, suiti, əlüzyuyan, aşzüzən, soyad və s. Belə mürəkkəb isimlərdə, adətən, vurğu ikinci sözuün uzərinə düşür. Lakin bu tipli bəzimürəkkəb isimlərdə vurğu birinci sözün üzərinə düşür.
Məsəslən: Ağdam, Maralgöl, qızılgül və s.
Bitişik yazılan mürəkkəb isimləri quruluşuna görə bir neçə qrupa ayırmaq olar:
a) İki sadə sözün birləşməsi ilə yaranan mürəkkəb isimlər: üçbucaq, qaratoyuq, yarımada, sarıköynək, qaraquş, Nuray, Elxan və s.
b) Bir sadə, bir düzəltmə sözün birləşməsi ilə yaranan mürəkkəb isimlər: döşəküzü, dünyagörüşü, qanunauyğunluq, üzüyumşaqlıq, qanunvericilik, Çənlibel, Əlibəyli və s.
c) Mənsubiyyət şəkilçili sözün iştirakl ilə yaranan mürəkkəb isimlər. Belə mürəkkəb isimlərdə, bir qatda olaraq, mənsubiyyət şəkilçisi ikinci tərəfdə işlənir: meşəbəyi, çobanyastığı, ayaqqabı, dəvəquşu, dağkeçisi, Həsənoğlu, Koroğlu və s.
d) Birinci tərəfi isim, ikinci tərəfi feili sifət şəklində olan mürəkkəb isimlər: yelqovan, tozsoran, ağacdələn, günəbaxan və s.
2. Yaxın və əks mənalı sözlərin birləşməsi yolu ilə. Bu tipli mürəkkəb isimlər defislə yazılır: ab-hava, ölüm-itim, el-oba, oğul-uşaq, söz-söhbət, toyuq-cücə, ev-eşik, gediş-gəliş və s.
3. Tərkibindəki sözlərdən biri qyrılıqda işləməyən sözün başqa bir sözlə qoşa işlənməsi yolu ilə: kol-kos, uşaq-muşaq, mer-meyvə, kağız-kuğuz, dəmir-dümür və s.
Bu cür mürəkkəb isimlər defislə yazılır.
4. Ha, a bitişiklərinin iştirak etdiyi eyni feil köklərinin təkrarı ilə: gəlhagəl, vurhavur, başabaş və s.
Qeyd: Ağa bəy, xanım, şag kimi sözlər mürəkkəb ismin tərkib hissəsi olduqda bitişik yazılır: Ağarəsul, Əlibəy, Gülxanım, Gülşah və s. Bu sözlər mürəkkəb adlarda ləqəb, titul bildirərək sözlərdən sonra gəldikdə ayrı yazılır: Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir, Məhsəti xanım və s. Şeyx, seyid, şah, sultan sözləri rütbə, titul bildirib sözlərdən əvvəl gəldikdə böyük hərflə yazılır: Şeyx Mahmud Şəbüstəri, Seyid Əzim Şirvani, Şah İsmayıl Xətai, Sultan Süleyman və s.
Əlaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Çox sağolun…Amma bir yer var ki,orada çox güldüm “Aşzüzen”😄
Zordu
Əlaaaaaaaaaaaa
cox sagolun❤
Allah razı olsun.
Minnətdaram. Belə gözəl praqram görmədim
Orada tətəfi deyil tərəfi olmalıdır
minnətdaram
Süper Vallah mənə də tam lazım idi Allah razı olsun Amin
Çox gözəldir
yaxşıdır
Çox gözəldir.Uşaqların asanlıqla öyrənə biləvəyi şəkildədir.
@Abbas Eliyev qizilgul
Elaaaa tsk bize bilgi verdiyiniz ucun
Ela
Nə deyim vallah
Cavab 5 cunki 5+2=7
Elaaaa