Mürəkkəb feillər

Mürəkkəb feillər iki və daha artıq sözün birləşməsi ilə aşağıdakı yollarla yaranır:
1. Əks və ya yaxın mənalı müstəqil feillərin birləşməsi ilə: atıb-tut(maq), küsüb-barış(maq), ölçüb-biç(mək) və s. Belə mürəkkəb feillər məcazi mənada işlənir və birinci tərəf çox vaxt -ıb4 şəkilçili feilıi bağlama şəklində olur. Lakin bəzən birinci tərəf feili bağlama şəkilsiz də işlənir: ölçdü-biçdi, deyir-gülür, əlləşir-vuruşur və s. Bu cür mürəkkəb feillər defislə yazılır və əsl mürəkkəb feillər sayılır.
2. Ol(maq), et(mək), elə(mək) köməkçi feillərinin başqa nitq hissələrinin qoşulması ilə: yoldaş ol(maq), kömək et(mək), məsləhət et(mək), təkrar et(mək) və s.

3. -ıb4 şəkilçili feili bağlama şəklində olan feillərə getmək, gəlmək, çixmaq, keçmək və s. feillərin qoşulması ilə əmələ gələn və bir hərəkəti bildirən sözlər: uçub get(mək), qayıdıb gəlmək, ötüb keçmək və s.

4. Birinci tərəfi -a2 şəkilçili feildən, ikinci tərəfi bilmək feildən ibarət olan feillər də mürəkkəb feillərdir: yaza bilmək, görə bilmək, gəlib çıxmaq və s.

Qeyd: Olmaq, etmək, eləmək feilləri az halda sadə müstəqil feil kimi işlənir. Ol sözü, əsasən, iki məqamda sadə müstəqil feil kimi çıxış edir. 1) yaşamaq mənasında işləndikdə; Məsələn: Əli şəhərdə olur. 2) bir şeyin mövcudluğunu bildirdikdə; Məsələn: Buralarda yaşamaq olar.
Et, elə feilləri sadə feil kimi işləndikdə təsirlik halda müstəqil obyekt tələb edir. Məsələn: Belə hərəkəti kim edər.

Facebook Comments

One comment

Şərh yazın

Your email address will not be published. Required fields are marked *