Morfologiya

Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişilməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatikada iki hissəyə bölünür:
1. Morfologiya   2. Sintaksis

Morfologiya (yunanca morfo – formo və loqos – elm, təlim sözlərindən. Morfologiyanın əsas mövzusu nitq hissələridir. Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydaları araşdırılır.

Sintaksis (yunan sözüdür; təribat, birləşmə deməkdir) söz birləşmələri və cümlələri öyrənir. Mətn də sintaksisin öyrəndiyi mövzulardandır.

Nitq Hissələri

Sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür. Məsəslən: ev, kitab, dəftər, qələm, çanta, məktəb və s. sözləri əşyanın adını bildirdiyi üçün isim adlanan nitq hissəsində qruplaşır. Həmin əşyaların əlamətini bildirən hündür, maraqlı, qalın, göy, və s. sözləri isə sifət adlanan başqa bir nitq hissəsində birləşir. Eləcə də hərəkət bildirən sözlərdən morfologiyada feil kimi; hərəkətin tərzini, yerini, zamanını bildirən sözlərdən isə zərf kimi bəhs olunur.

Dilimizdəki nitq hissələri əsas əlamətlərinə görə iki növə bölünür: əsas nitq hissələri, köməkçi nitq hissələri.
Əsas nitq hissələrinin iki əsas səciyyəvi xüsusiyyəti var:
1. Müstaqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı, hərəkəti və s. bildirir.
2. Cümlə üzvü vəzifəsində işlənir.

Köməkçi nitq hissələrində isə bu xüsusiyyət yoxdur. Onlar yalnız qrammatik məna daşıyır.

nitq

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *