Məsdər

Məsdər həm feilin, həm də ismin xüsusiyyətlərini daşıyır. Məsdər feilin kökünə və ya başlanğıc formasına -maq2 (bəzən də -ma2) şəkilçisini artırmaqla düzəlir: yazmaq, yazılmaq, yazışmaq, becərmə, oxuma və s.

Məsdərin feilə aid xüsusiyyətləri aşağıdakılardır:
1. Feilin təsriflənən formaları ilə məsdər eyni leksik mənanı bildirir. Məsələn: yaz, yazdım və s. kimi feil şəkilləri ilə yazmaq məsdəri arasında leksik məna baxımında elə bir fərq yoxdur. Bunların hamısı eyni hərəkəti bildirir.

Feilin təsirlənməyən formaları

Oxu

Feilin təsriflənməyən formaları feilin əsas xüsusiyyətlərini (təsdiq və inkarda işlənmək, təsirli və təsirsiz olmaq, növ bildirmək və s.) daşısalar da, feilin təsriflənən formalaından fərqli olaraq, şəxsə və kəmiyyətə görə dəyiçmir. Feilin təsriflənməyən formalarının təsriflənən formalarından daha bir fərqi feillə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətlərini daşımasıdır. Məsələn: məsdərdə həm feilə, həm də ismə; feili sifətdə həm feilə, həm də sifətə; feili bağlamada isə həm feilə, həm də zərfə aid xüsusiyyətlər vardır. Feilin təsriflənməyən formalarına məsdər, feili sifət və feili bağlama daxildir.

[collapse]

2. Məsdər təsdiq və inkarda olur. Məsələn: yazmaq -yazmamaq, gəlmək – gəlməmək və s.
3. Məsdər feilin müxtəlif qrammatik mənalarında olur. Məsələn: silmək – sildirmək (icbar növ), gülmək – gülüşmək (qarşılıq-birgəlik növ), yazmaq-yazılmaq (məchul növ) və s.
4. Məsdər təsirli və təsirsiz olur. Məsələn: almaq (nəyi?)- təsirli, getmək (haraya?)-təsirsiz və s.
5. Məsdər ətrafına söz toplaya bilir. Məsələn: Məktəbə getmək, ali məktəbə qəbul olunmaq və s.

Məsdərin ismə aid xüsusiyyətləri isə bunlardır:
1. İsim kimi hallanır. Məsələn:
Adliq hal:               oxumaq
Yiyəlik hal:              oxumağ-ın
Yönlük hal:             oxumağ-a
Təsirlik hal:            oxumağ-ı
Yerlik hal:               oxumaq-da
Çıxışlıq hal:            oxumaq-dan

2. İsim kimi mənsubiyyət şəkilçilərini qəbul edərək mənsubiyyətə görə dəyişir. Məsələn:

Tək Cəm
I şəxs:
II şəxs:
III şəxs:
oxumağ-ım
oxumağ-ın
oxumağ-ı
oxumağ-ımız
oxumağ-ınız
oxumağ-ı

3. İsim kimi cümlənin mübtədası, tamamlığı ola bilir: Məsələn: Oxumaq hamı üçün faydalıdır. Oxumağı sevirəm və s.
4. İsim kimi qoşmalarla işlənə bilir. Məsələn:
oxumaq üçün
oxumağa görə
oxumaqla
oxumaqdan ötrü

5. İsim kimi III şəxsin şəxs (xəbərlik) şəkilçisini (-dır4) qəbul edərək cümlədə ismi xəbər olur. Məsələn: Arzum oxumaqdır və s.

Qeyd: Məsdər yalnız III şəxs şəkilçisini qəbul edir. Digər şəxslərə aid şəxs şəkilçisini isə məsdər yalnız hal şəkilçisi ilə işləndikdə qəbul edə bilir. Məsələn: yazmaqdayam, gözləməkdəyik və s.

Məsdər cəmlənə bilmir.
Məsdər yalnız istisna hallarda III növ təyini söz birləşməsinin əsas tərəfi olduqda cəmlənə bilir. Məsələn: onların danışmaqları.

Məsdər ətrafına topladığı sözləri özünə tabe edərək tərkib əmələ gətirir. Məsələn: dərsə getmək, kitab oxumaq, valideynin sözlərini eşitmək və s.Məsdər tərkibi bütövlükdə cümlənin mürəkkəb bir üzvü olur. Məsələn: Vətəni qorumaq (nə? – mübtədadır) hər bir gəncin borcudur. Dəniz kənarında gəzməyi (nəyi? – tamamlıqdır) xoşlayıram və s.

Məsdər lüğətlərdə feilin başlanğıc forması sayılır.

 

Facebook Comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir