İsmin quruluşca növləri

İsimlər quruluşca sadə, düzəltməmürəkkəb olur.
sadə isimlər yalnız kökdən və ya kök və qrammatik şəkilçilərdən ibarət olur. Məsələn: kitab, su, şagirdlər, məktəbimizdə və s.
Düzəltmə isimlər söz köklərinə leksik şəkilçilər artırmaqla yaranır. Dilimizin lüğət tərkibindəki sözlərin böyük bir hissəsini isimlər təşkil edir. Dilimizin isimlərlə zənginləşməsində isim düzəldən şəkilçilərin rolu böyükdür. Düzəltmə isimlər, əsasən, adlardanfeillərdən düzəlir. Bu baxımdan düzəltmə isimlər iki qrupa bölünür: adlardan düzələnlər və feildən düzələnlər. 

Adlardan düzələn isimlər

Aşağıdakı leksik şəkilçilərin köməyi ilə isimdən (bəzən də sifət, sayəvəzlikdən) düzəltmə isimlər düzəlir;

-çı4 ; balıqçı, dənizçi, üzümçü və s. Bu şəkilçi daha çox peşə, sənət bildirən isimlər düzəldir. Başqa mənalı isimlər də bu şəkilçinin köməyi ilə düzəlir.

-lıq4; – şəkilçl daha çox yer bildirən isimlər düzəldir: daş-lıq, meşə-lik, odun-luq və s.

-lıq4; – şəkilçisi cansız əşya bildirən bəzi sözləri də düzəldir: nəfəs-lik, baş-lıq və s.

Bu şəkilçi həmçinin mücərrəd mənalı isimlər də düzəldir: ayrı-lıq, qoca-lıq, təmiz-lik, dost-luq və s. Nümunələrdən göründüyü kimi, bu gür isimlər daha çox sifətdən düzəlir.

-lıq4; – şəkilçisi qohumluq anlayışı bildirən isimlər də düzəldir: bacı-lıq, ana-lıq, qardaş-lıq və s.

-lı4; – şəkilçisi insan anlayışı bildirən isimlər düzəldir: azərbaycan-lı, Sultan-lı, Həsən-li, şəkər-li və s.

-ça2; – şəkilçisi ilə kiçiltmə mənalı isimlər düzəlir: meydan-ça, kitab-ça, bağ-ça və s.

-daş şəkilçisi ilə insan anlayışı bildirən isimlər düzəlir: əmək-daş, vətən-daş, soy-daş, sir-daş və s.

-stan (-istan4) şəkilçisi ölkə, yer bildirən isimlər düzəlir: Gürgü-stan, Dağ-ıstan, Monqol-ustan və s.

-laq şəkilçisi də yer bildirən isimlər düzəlir: qış-laq. yay-laq, ot-laq, buz-laq və s.

-cığaz4 və -cıq4 şəkilçisi kiçiltmə və əzizləmə mənalı isimlər düzəldir: qulaq-cıq, ev-cik, uşaq-cığaz və s.

-iyyat2 – ədəb-iyyat, kəşf-iyyat, fəal-iyyət və s.

-i, vi– – Naçıvan-i, Gəncə-vi, Lənkəran-i və s.

Az məhsudar olan -kar, -xana, -zadə, -dar, -şünas, -gər, -at şəkilçiləri də isimlərə qoşularaq düzəltmə isimlər düzəldir.

-lıq4 şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq, -dıx4, -nıx4, -rıx4 şəklində tələffüz olunur. Məsələn: qıtlıx – qıtdıx, darlıq – darrıx və s.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *