Dilimizdəki isimlər əşyanın şəxsa (kimə və ya nəyə) mənsub olmasına görə dəyişir. Bu dəyişmə mənsubiyyət şəkilçilərinin köməyi ilə yaranır. əşyanın hansı şəxsə mənsubluğunu, aid olduğunu bildirən şəkilçilər mənsubiyyət şəkilçiləri adlanır. Mənsubiyyət şəkilçiləri əşyanın I, II və III şəxslərə mənsub olduğunu bildirir. Buna aşağıdakı cədvəldə aydın görmək olar:
Şəxslər | Tək – Şəkilçilər və nümunələr | Cəm – Şəkilçilər və nümunələr |
I şəxs | -m, ım4; ata+m, ütü+m, bağ+ım | -mız, ımız4; ata-mız, ütü+müz, ev+imiz |
II şəxs | -n, –ın4; ata+n, ütü+n, top+un, ev+in | -nız, -ınız4; ata+nız, ütü+nüz, ev+iniz |
III şəxs | -ı4, -sı4; ata+sı, ütü+sü, bağ+ı, ev+i | -ı4, -sı4; ata+sı, ütü+sü, bağ+ı, ev+ı |
I və II şəxslərə aid mənsubiyyət şəkilçilərini qəbul edən isimlər əşyanın yalnız insana mənsubluğunu bildirir. Məsələn: Mənim arzum, sevincim; sənin arzun, sevincin; sevincimiz; sizin arzunuz, sevinciniz və s.
III şəxsa aid bu şəkilçini qəbul edən isim isə əşyanın həm insanın, həm də başqa əşyalara (istər canlı, istərsə də cansız olan) mənsubluğunu bildirir. Məsələn: Onun bağı, qonşunun bağı, məktəbin bağı; Onların qapısı, evin qapısı və s.
III şəxsin təki və cəminin qəbul etdiyi mənsubiyyət şəkilçiləri eynidir.
Mənsubiyyət şəkilçili isimlər özündən əvvəl gələn və yiyəlik halda işlənən əvəzliklərlə, eləcə də isimlərlə bağlı olur və birlikdə cümlənin bir üzvü olur.
Mənsubiyyət şəkilçili isimlərdən qabaq çox vaxt yiyəlik halda işlənən əvəzlik və ya isimlər yığcamlıq xatirinə buraxılır. Məsələn: Atam kənddədir. Kitabın məndədir və s. Lakin belə isimlərin əvvəlinə əvəzlik (və ya isim) artırmaq olar. Məsələn: Mənim atam kənddədir. Sənin kitabın məndədir və s.
Salam bunları nəyə görə yazırsız artıq yuxarıda yəni məlumat verilib🤔🤔🤔😐