İsmin hallanması – Adlıq hal

İsimlər cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişir, yəni nüəyyən qrammatik şəkilçilər qəbul edir.
İsimlərin əlaqəyə girdiyisözlərin tələbi ilə dəyişməsi hallanma adlanır. Dilimizdə ismin altı halı var. Hər bir hal ozünəməxsus suallari və xüsusiyyətləri ilə seçilir.

Adliq hal

Adlıq hal – İsimlərin başlanğıc formasıdır. Adlıq halı sözlər kim? nə? hara? suallarından cavab verir. Məsələn: şagird (kim?), kitab (nə?), Bakı (hara?) və s. İsimlər adlıq halda cəm, mənsubiyyət və xəbərlik şəkilçiləri ilə işlənə bilir. Məsələn: Mənim atam (kim?) mühəndisdir cümləsindəki mənsubiyyət şəkilçili atam, Həmin evlər (nə?) keçən il tikilib cümləsindəki cəm şəkilçili evlər, Bu yaxşı qələmdir (nədir?) cümləsində isə xəbərlik şəkilçili qələmdir sözü adlıq haldadir.

Qeyd: Mənsubiyyət şəkilçili söz adlıq halda olmaya da bilər. Məsələn: Cənnət Anaların ayaqları altındadır cümləsindəki ayaqları sözü qeyri-müəyyən yiyəlik halda, Arxeoloqlar yeni insan məskənləri tapıblar cümləsindəki məskənləri sözü qeyri-müəyyən təsirlik haldadır.

Adlıq halda olan isim cümlədə ən çox mübtəda olur. Məsələn: Anar gedir. Kitabım evdədir və s. Adlıq halda olan isim xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn: Gələn tələbələrdir. Mən müəlliməm və s.Bu halda olan isim cümlədə təin də olur.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir