İsmin cümlədə rolu

İsimlər cümlədə rolu, daha çox mübtəda və tamamlıq olur. Ancaq isimlər başqa üzvləri vəzifəsində də işlənə bilər. Məsələn: Aqil şagirddir (mübtəda və xəbər). O, məktəbdə oxuyur (zərflik), dəmirçi dəmir qapını döyür (mübtəda, təyin və tamamlıq).

Qeyd 1: Məkan mənalı bəzi isimlər cümlədə kim? sualına da cavab verə bilir. Məsələn: Azərbaycan (kim?) gec-tez torpaqlarını düşmən tapdağından azad edəcək.

Qeyd 2: Təmsillərdə, bəzi nağıllarda hadisənin əsas iştirakçısı olan heyvanlar şəxslənərkən onların adları böyük hərflə yazılır.

İsmin morfologi təhlil qaydası

Morfologi təhlil zamanı ismin aşağıdakı əlamətləri göstərilir:
1. İsmin sualı və başlanğıc forması
2. Quruluşca növü
3. Ümumi və ya xüsusi isim olması
4. Tək və ya cəm olması
5. Mənsubiyyət şəkilçisi və halı
6. Cümlədəki vəzifəsi

Nümunə: Aygün bağçada atasına kömək edir.
Aygün – kim? sualına cavab olur. Başlanğıc formadadır. Quruluşca mürəkkəbdir: ay və gün isimlərindən yaranıbdır. Xüsusi isimdir. Təkdədir. Adlıq haldadır. Cümlədə mübtədadır.

Bağçada – harada? sualına cavab olur. Başlanğıc forması: bağça. quruluşca düzəltmədir: bağ-ça. Ümumi isimdir. Təkdədir. Yerlik haldadır. Cümlədə zərflikdir.

Atasına – kimə? sualına cavab olur. Başlanğıc forması: ata. Quruluşca sadədir. ümumi isimdir. Təkdədir. III şəxs təkin mənsubiyyət şəkilçisini qəbul etmişdir. Yönlük haldadır. ata-sı-na. Cümlədə tamamlıqdır.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *