İsimdən düzələn sifətlər

Bu növ düzəltmə sifətlər isimlərə aşağıdakı leksik şəkilçiləri artırmaqla düzəlir:
-lı4: maraq-lı (dərs), tərbiyə-li (qız), su-lu (xörək) və s.
-sız4: qaz-sız (su), maraq-sız (kitab) və s.
-cıl4: zarafat-cıl (oğlan), iş-cil (adam), söhbət-cil (qonşu) və s.

-dakı2: kitab-dakı (şəkil), həyət-dəki (ağac) və s.
4: armud-u (stəkan), gümüş-ü (sac) və s.
Sonu saitlə bitən sözlərdə bu şəkilçi -yı və –yi şəklində işlənir: xurma-yı, qəhvə-yi və s.
-i (-vi): Yalnız ərəb və fars mənşəli sözlərə qoşulan bu alınma şəkilçi ahəng qanununa tabe olmur və bir cür yazılır: tarix-i, daxil-i, ailə-vi və s.
-kı, -ki, -kü: qabaq-kı, çoxdan-kı, axşam-kı, dünən-ki və s. Misallardan göründüyü kimi, bu şəkilçi, əsasən, zərflərdən sifət düzəldir.
-lıq4: ay-lıq, il-lik, don-luq, üz-lük və s.
Bu şəkilçilərdən -lı4-sız4 antonim şəkilçilərdir: yağ-lı — yağsız, duz-lu — duzsuz və s.

-lı4, -lıq4, -ı4 şəkilçiləri isə həm də isim düzəltdiyi üçün omonim şəkilçilərdir. Sultan-li — isim, ağıl-lı (uşaq) — sifət və s.

Bundan başqa dilimizdə az məhsuldar olan -xor (müftəxor), -keş (qayğıkeş), bi- (bisavad), na- (nadürüst), a- (anormal), anti- (antiterror), -pərəst (xəyalpərəst), -pərvər (vətənpərvər) kimi sifər düzəldən şəkilçilər də var.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir