İşarə əvəzlikləri

İşarə əvəzlikləri – işarə məqsədi ilə işlədilən əvəzliklərə deyilir. O, bu, elə, belə, həmin, həmən sözləri işarə əvəzlikləridir. O, bu, həmin işarə əvəzlikləri, əsasən, sifətin yerində işlənir və hansı?  sualına cavab olur. Məsələn: Bu (hansı?) kitab maraqlıdır. O (hansı?) ağac çinardır. Həmin (hansı?) oğlan tələbədir və s. Sifətin yerində işlənən bu əvəzliklər cümlədə təyin olur.

Bəzi hallarda bu əvəzliklər sayi, feili sifəti və əvəzliyin özünü də əvəz edə bilir. Məsələn: Görünən bina beşinci binadır. Mənim xalam da o binada yaşayır.Danışan uşaq beşinci sinifdə oxuyur. Həmin uşağı mən çoxdan tanıyıram və s. 

Elə, belə işarə əvəzlikləri isə həm sifətin, həm də zərfin yerində işlənir. Məsələn: Belə (elə) dostdan kim inciyər. Elə oxu ki, mən də eşidim.

Bu əvəzliklıər sifətin yerində işləndikdə cümlədə təyin, zərfin yerində işləndikdə isə zərflik olur.
Elə, belə əvəzlikləri yelnız mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra hallanır. Məsələn: Elələrindən uzaq qaç. Meyvənin beləsini almaq lazımdır.

Həmin işarə əvəzliyi isə sifəti əvəz etdiyi üçün hallanmır.

Qeyd: O əvəzliyi həm şəxs, həm də işarə əvəzliyi ola bilər. Bu əvəzlik ismi əvəz etdikdə şəxs, sifəti əvəz etdikdə isə işarə əvəzliyi hesab olunur. Məsələn: O, (kim?) insandır. (şəxs əvəzliyi). O (hansı?) həkimi mən də tanıyıram (işarə əvəzliyi). Bu əvəzliyi isə həm isim, həm də sifəti əvəz etdikdə işarə əvəzliyi sayılır.
Obu əvəzlikləri ismin xüsusiyyətlərini daşıyarkən cəmlənir, hallanır və cümlədə mübtəda, tamamlıq və xəbər olur. Məsələn: Bu, (nə?) uşağın kitabıdır. Onu Namiqin dostundan alarsan. Bundan (kimdən?) muğayat ol. Təriflədiyim oğlan budur (kimdir?).

İsmi əvəz edən o, bu əvəzliklərindən sonra feil (feili sifət istisna) və köməkçi nitq hissələrindən (modal sözlər isnisna) başqa, qalan nitq hissələri ilə ifadə olunan sözlər gəldikdə vergül qoyulur.

Köməkçi nitq hissələrindən olan modal sözlər o bu əvəzliklərindən sonra gələrsə, o bu əvəzliklərindən sonra vergül qoyulur. Məsələn: O, əlbəttə, sənə inanır. Bu, təssüf ki, babamdan qalan son yadigardır.
Obu əvəzliyi sifəti əvəz etdikdə isə onlardan sonra vergül qoyulmur.

 

Facebook Comments

2 comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *