İntonasiya

Nitqin ahəngi, ritmi, nitqin tempi və ya sürəti, intensivliyi, məntiqi vurğusu, tembri kimi hadisələrin məcmusundan ibarət olan mürəkkəb dil hadisəsi intonasiya adlanir.

İntonasiya modallıq bildirir, cümlə üzvlərinin düzgün qruplaşmasını təmin edir, sadə və mürəkkəb cümlələrin, habelə tabelilik və tabesizlik əlaqələrinin şərtləndirilməsinə xidmət edir. Bunlardan əlavə, intonasiya məntiqi vurğunun, ara sözlərin müəyyənləşdirilməsinə imkan yaradır.

İntonasiya əsasən sintaktik mənaların ifadəsinə xidmət göstərir. Cümlənin hissələri arasında müxtəlif sintaktik münasibətləri əks etdirir və bununla əlaqədar sadalama, qarşılaşdırma, aydınlaşdırma və s. bildirən intonasiyalar fərqləndirilir.

İntonasiya danışanın məqsədi, istək və arzuları ilə əlaqədar olduğundan modallıq bildirir. Onun vasitəsilə məlumat vermə, sual və əmr intonasiyaları fərqləndirilir.

Xitabların, ara söz və ara cümlələrin intonasiyası da fərqlənir.

 

Facebook Comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir