İdi, imiş, isə hissəcikləri feillərin və adların üzərinə artırılır.
İdi, imiş, hissəcikləri əmr şəkli və şühudi keçmiş zaman istisna olmaqla, feilin digər şəkillərinə artırıla bilir.
İdi, imiş hissəcikləri sonu samitlə bitən feil şəkillərində həm ayrı, həm də bitişik yazılır: almış idi – almışdı, gələcək imiş – gələcəkmiş və s.
İdi,imiş hissəcikləri sonu saitlə bitən feil şəkillərində isə, əsasən, ayrı yazılır: kaş ala idi, alamalı imiş, alası idi, alsa imiş və s.
Şəxs şəkilçiləri idi hissəciyi və ya onun şəkilçiləşmiş formasından (-dı4) sonra (alası idik; gələcəkdiniz), imiş hissəciyi və ya onun şəkilçiləşmiş formasından (-mış4) isə həm sonra, həm də əvvəl (gedəsi imişsən; gələcəksinizmiş) artırılır.
İsə hissəciyi idi və imiş hissəciklərindən bir neçə xüsusiyyətinə görə fərqlənir:
1. İdi və imiş hissəcikləri şühudi keçmiş zamanda olan feillərə qoşulmadığı halda, isə hissəciyi həmin zamana artırıla bilir.
Məsələn: yazdısa, gəldisə, oxudusa, gördünsa və s.
2. İdi və imiş hissəcikləri feilin arzu və şərt şəkillərinə qoşulur, isə hissəciyi isə feilin əmr şəklindən başqa, arzu və şərt şəkillərinə də artırıla bilmir.
3. İsə hissəciyi həmişə şəxs şəkilşilərindən sonra artırılır.
Məsələn: almışamsa, alasısansa, almalıdırsa və s.
İsə hissəciyi də İdi və imiş hissəcikləri kimi iki cür yazılır: ayrı və bitişik (qısa formada -sa2 şəklində):
Məsələn: almış isə – almışsa, gələcək isə – gələcəksə və s.
İdi ,imiş və isə hissəciklərinin qısa formaları olan -dı4, -mış4, və -sa2 zahirən şühudi və nəqli keçmiş zamanların -dı4, -mış4 şəkilçilərinə, eləcə də, feilin şərt şəklinin -sa2 şəkilçisinə oxşayır. Bunları qarışdırmamaq üçün nəzərə almaq lazımdır ki, idi, imiş və isə hissəciklərinin qısa formaları olan -dı4, -mış4 və -sa2 feil şəkilçilərinin əlamətlərindən sonra artırılır.
Məsələn: al-ır-dı, gəl-miş-di, al-ır-mış, gəl-ib-miş, oxu-yar-mış və s.
Feilin zaman şəkilçiləri olan -dı4, -mış4 və şərt şəklinin morfologi əlaməti olan -sa2 isə birbaşa feilə bağlanır.
Qeyd: isə (-sa2) hissəciyi idi (-di4), imiş (-miş4) hissəciklərinin üzərinə də artırıla bilir. Məsələn: gələcəkdisə, bilirmişsənsə vəs .
İdiç imiş və isə hissəciklərin adlarla işlədilməsi
İdi, imiş və isə hissəcikləri adlarla da (isim, sifət, say və s.) artırıla bilər. Bu halda həmin hissəciklərlə bağlı bu xüsusiyyətlər yaranır:
1. İdi və imiş hissəcikləri isim, sifət, say, əvəzlik və zərflərlə birlikdə cümlənin ismi xəbəri olur. Məsələn: şagird imiş, çalışqan idi, beşinci idi, o idi, gecə imiş və s.
2. İsə hissəciyi müstəqil (baş) cümlədə xəbər əmələ gətirə bilmir. Buna görə də o, şəxs şəkilçilərindən sonra işlənir: həkiməmsə, yaxşısansa, gecdirsə, irəlidədirsə və s.
İdi və imiş hissəcikləri istərsə feillərlə, istərsə də, başqa nitq hissələrinə qoşulduqda müəyyən bir iş, hadisə haqqında sonradan verilən məlumatı bildirir. Məsələn: gəlirdi, gəlmişdi, gəlirmiş, gəlibmiş, usta idi, pis imiş, sonuncu idi, birinci imiş, irəlidə idi, geridə imiş və s.
İsə hissəciyinin qoşulduğu bütün nitq hissələri isə şərt məzmununu bildirir. Məsələn: gəlirsə, gəlmişsə, gələrsə, müəllim isə, yaxşı isə, birincidirsə, irəlidəyəmsə və s.
Bundan başqa, idi, imiş, isə hissəcikləri məsdər və bəzi feili sifətlərə də artırıla bilir. Məsələn: oxumaqdırsa, gələn idi, yaşamaq imiş və s.
Men bunun cavanini bilierem 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😀😀😀😀😀😀😀😀😀😀😀😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
mənə köməyi oldu təşəkkürlər
Salam mən 7-ci sinif şagirdiyəm.İdi imiş hissəciklərinə aid muellim bize dedi ki metn yazın Mənə necə kömək edə bilərsiz?
Salam
Salam mən bəxtiyar sizdən bir xahiş fizika qaydalari ata bilərdiz
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺✒️✒️✒️✒️✒️✒️✒️✒️✒️✒️✒️✒️
Salam necesiz hocammm
Birləşdir feiline idi və isə hissəsiyi artırmaqla cumlə nece ola biler
❤
Cox gozelell
Bəs “gənc isə xəzinənin sirrini heç kəsə demək istəmirdi”- cemləsindəki isə hissəciyi nə bildirir?
İsə hissəciyinin qoşulduğu bütün nitq hissələri isə şərt məzmununu bildirir. Məsələn: gəlirsə, gəlmişsə, gələrsə, müəllim isə, yaxşı isə, birincidirsə, irəlidəyəmsə və s.
Hə 😃😃😃😃😃😃😃😃
Bilmediklerimi burdan orgendim cox yaxsi idi
yaxi melumatdir cox genis verilib
yaxsidir mene bir komek edinki menim kitabimda sual varki (Bunun əsas səbəbi orduya və zədəganlara böyük pullar (ayrılması idi) deyirki nəyə gore ayrılması idi sözündə idi hissəciyi nəyə gorə ayrı yazılır
İdi,imiş hissəcikləri sonu saitlə bitən feil şəkillərində isə, əsasən, ayrı yazılır –
ayrılması idi – ayrılması feilinin sonu saitlə bitir
cunki ayril tesirsizden yaranirve tesirsiz olur idi ise tesirlilere artirilir