Həmcins üzvlü cümlələr, ümumiləşdirici sözlər və ixtisarlar

Həmcins üzvlü cümlələr

Eyni bir cümlə üzvü ilə bağlı olub, eyni suala cavab verən və qrammatik cəhətdən bərabərhüquqlu olan üzvlərə həmcins üzvlər deyilir.
Həmcins üzvlər arasında tabesizlik əlaqəsi olur və onlar bir-biri ilə ya sadalama intonasiyası, ya da intonasiya və tabesizlik bağlayıcıları ilə bağlanır.

Cumlənin bütün üzvləri həmcins ola bilir. Məsələn: Sinifdə oğlanlarqızlar var. Oqtay həm oxuyur, həm də işləyir. Aysel gülləri, çiçəkləri sulayır. İndi şəhərdə də, kənddə də qaz var. O, bacarığlı, tərbiyəliağıllı oğlandır və s. Bu cümlələrdə sıra ilə həmcins mübtədalar, xəbərlər, tamamlıqlar, zərfliklər və təyinlər işlənmişdir. Təyinlər həmcins və qeyri-həmcins olmaqla iki yerə bölünür. Həmcins təyinlər sadalama intonasiyası ilə bağlanır, onların arasında ya vergül, ya da tabesizlik bağlayıcısı olur.
Qeyri-həmcins təyinlər isə biri digərindən asılı olmur, onlar vergül və ya bağlayıcı ilə bağlanmır. Məsələn: Gördüyünüz həmin o daş bina Qız qalasıdır. Bu cümlədə gördüyünüz, həmino təyinləri qeyri-həmcinsdir. Həmcins üzvlər arasında və, ilə bağlayıcılarından başqa, qalan bağlayıcılar işləndikdə vergül qoyulur. Həmcins üzvləri bir-birinə bağlayan qarşılaşdırma bağlayıcılarından (amma, ancaq, lakin) və təkrar olunan, həm – həm də, nə – nə də, ya – ya da, gah – gah da bağlayıcılarından əvvəl vergül qoyulur.

Qeyd: Deyil, yox sözləri həmcins xəbər mövqeyində işlənə bilir. Məsələn: Bu istirahət parkı təkcə sizin üçün deyil, bütün camaat üçün salınmışdır. Yeni mövzunu bu gün yox, sabah izah edəcəyik. Cümlələrdə deyil xəbəri salınmışdır, yox xəbəri isə izah edəcəyik xəbəri ilə həmcinsdir.

Həmcins üzvlərdə ümumiləşdirici sözlər

Həmcins üzvlərin hamısına aid olub, onları ümumiləşdirən sözə və ya söz birləşməsinə ümumiləşdirici söz deyilir.

Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gəldikdə, ondan sonra iki nöqtə, sonra gəldikdə isə ondan əvvəl tire işarəsi qoyulur.
Sinifdəkilər: müəllimlər və valideyinlər diqqətlə müdirə qulaq asırdılr. Məktəbdə, küçədə, bağda – hər yerdə bir səliqə-sahman gözə dəyirdi və s. Bəzən ümumiləşdirici sözdən əvvəl bir sözlə modal sözü işlədilir. Məsələn: İndi evdəkilərdən də, dostlardan da – bir sözlə, hamıdan incimişəm.

Bəzi hallarda ümumiləşdirici sözdən sonra yəni, məsələn sözləri də işlədilir: Lənkəran və Astarada sitrus meyvələri, yəni: limon, narıngı və portağal yetişir. Dillərin bir qismində, məsələn: ərəb, fars, rus dillərində sözün kökü içərindən dəyişir.

Həmcins üzvlərdə ixtisarlar

Həmcins üzvlərdə təkrar olunan bəzi qrammatik şəkilçilər və hissəciklər sonuncusu saxlanılmaqla ixtisar oluna bilir. Hal, cəm və mənsubiyyət şəkilçiləri, xəbərdə şəxs şəkilçiləri, eləcə də idi, imiş hissəcikləri və, ilə, üçün qoşmaları daha çox ixtisar olunur. Məsələn:
1. Məktəbdəki tədbirdə müəllim (-), şagird (-) və valideyinlər iştirak edəcəklər.
2. Dənizkənarı parkda gəzərkən tələbə yoldaşlarımdan Afaq (-), İsa (-) və Oqtayı gördüm.
3. Mən dərslərimi oxumuş (-), tapşırıqları yazmış (-), ev-eşiyi yığışdırmışam.
4. Uşaq evdə oxuyur (-), yazır (-) və arabir televizora baxırdı.
5. Rəssam tez-tez buralar gələr (-), camaatla söhbət edər (-) və gözəl şəkillər çəkərmiş

və s.

Facebook Şərhləri

Bir şərh

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir