Fonetik təhlil

Fonetik təhlil linqvistik təhlilin növlərindən biridir. Formasına görə yazılı və şifahi, keyfiyyətlərinə görə tam və natamam olur.
Natamam fonetik təhlil fonetikanın hər hansı bir mövzusundan, tam fonetik təhlil isə fonetika bəhsi bütövlükdə keçildikdən sonra aparılır. Məsələn, saitlər və onların növləri tədris olunub qurtardiqdan sonra fonetik cəhətdən natamam təhlil aparıla bilər. Bu zaman ancaq saitlər və onların növləri təhlilə cəlb edilir.

Sözün tam fonetik təhlili isə aşağıdakı kimi aparılır:
1. Sözün hərf və səs tərkibi göstərilir.
2. Sait səslər növlərinə görə təhlil plunur.
3. Samit səslər növlərinə görə təhlil olunur.
4. Sözün hecaları və vurğusu göstərilir.

Sözdəki sait və samitlərin təhlili onun tələffüz şəkil əsasında; ahəng qanunu, heca və vurğusu isə yazılı forması üzərində aparılır.

Fonetik təhlil nümunələri:

1. Neftçi  – nefçi, 6 hərf, 5 səsdən ibarətdir.
n – cingiltili samitdir, kar qarşılığı yoxdur;
e – incə, açıq, dodaqlanmayan saitdir;
f – kar samitdir, cingiltili qarşılığı v samitidir;
ç – kar samitdir, cingiltili qarşılığı c samitidir.
i – incə, qapalı, dodaqlanmayan saitdir;

Sözün hecaları: neft – çi, vurğusu ikinci hecanın üzərinə düşür.

2. Ustausda, 4 hərf, 4 səsdən ibarətdir.
u – qalın, qapalı, dodaqlanan saitdir;
s – kar samitdir, cingiltili qarşılığı z samitidir;
d – cingiltili samitdir, kar qarşılığı t samitidir;
a – qalın, açıq, dodaqlanmayan saitdir;
Sözün hecaları: us-ta, vurğusu ikinci hecanın üzərinə düşür.

Facebook Comments

One comment

Şərh yazın

Your email address will not be published. Required fields are marked *