Feilin morfoloji təhlili

Feilin morfoloji təhlil qaydası aşağıdakı kimidir:
1. Feilin leksik mənaca növü və sualı;
2. Quruluşca növü;
3. Feilin qrammatik məna növü;
4. Təsirli və ya təsirsiz olması;
5. Təsdiq və ya inkarda olması;
6. Təsriflənən və ya təsriflənməyən formada olması;
7. Hansı şəkildə olması, zamanı və şəxsi;
8. Cümlədə rolu.
Feilin morfoloji təhlil qaydasına aid bir nümunə:
Axşamdan əsən külək səhərə yaxın zəiflədi. Əsən-feildir, hərəkət bildirir. Quruluşca sadədir, təsirsizdir, təsdiqdədir. Feilin təsriflənməyən növünə aiddir, indiki zaman mənalı feili sifətdir. Cümlədə əlaqəyə girdiyi sözlə birlikdə təyindir.

Zəiflədi – feildir, hərəkəti bildirir. Quruluşca düzəltmədir – zəif sifətindən düzəlmişdir. Təsirsizdir, təsdiqdədir. Məlum növdür. Feilin təsriflənən növüdür. Xəbər şəklindədir, şühudi keçmiş zamandadır, 3-cüşəxsin təkindədir. Cümlədə xəbərdir.

Facebook Comments

4 comments

  1. **♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡****

  2. Cavab yazında heç olmasa 10 nümunə yazasız (əmr deyil ) (xahişdi)
    Dərs verilib burdan tazmaq isdəyirəm çünki başqa heç yerdən tapa bilmirəm ………Xahis edirəm 10 dənədə nümunə yazasız

  3. Offf xahiş edirəm ki, nümunələri ççooxxx yazın!!
    1dənəylə alınmır ….
    Amma yenədə əziyyət çəkmisiz ola bilər
    Yenədə əllərinizə salık……………………..

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir