Feili sifətin isim kimi işlənməsi

Feili sifət də sifət və say kimibəzən ismin yerində işlənir, yəni isimləşir. İsimləşmiş feili sifət ismin xüsusiyyətlərini daşıyır: hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir və bəzi qoşmalarla işlənə bilir.
Məsələn: Qaçanı qovmazlar. Yıxılana balta vuran çox olar. Gələcəyimiz parlaqdır.Yazdıqlarımı unutmuşam və s. Bu cümlələrdəki qaçanı, yıxılana balta vuran, gələcəyimiz, yazdıqlarımı feili sifətləri isimsiz işlənmiş, yəni onu əvəz etmişdir. Buna görə də, həmin feili sifətlər (balta vuran feili sifərdən başqa) cəm və mənsubiyyət şəkilçiləri qəbul etmişdir.
İsimləşmiş feili sifət necə? nə cür? suallarına deyil, ismin suallarına cavab olur və cümlədə təyin yox, mübtəda tamamlıq (bəzən də xəbər) olur. Qeyd olunduğu kimi, feili sifət isimləşdikdə qoşmalarla da işlənə bilir. Məsələn: Oxuyan üçün, qaçanlara görə, yatmışlardan başqa və s.

Feili sifər isimləşdikdə də tərkib əmələ gətirir. Bu halda da o, ismin xüsusiyyətlərini daşıyır və deməli, cümlədə tərkib kimi təyin deyil, mübtəda, tamamliq və xəbər olur. Məsələn: Vətən torpağınl qoruyanlara (kimə?) eşq olsun. Səhər tezdən oyananlar (kim?) gümrah olur. Bunlar birinci dərsə gecikənlərdir. Birinci cümlədəki isimləşmiş feili sifət tərkibi tamamlıq, ikinci cümlədəki mübtəda, üçüncü cümlədəki isə xəbərdir.

Facebook Comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir