Əsas (ikinci) tərəfi feilin təsriflənməyən formaları (məsdər, feili sifət və feili bağlama) ilə ifadə olunun söz birləşmələrinə feili birləşmələr deyilir.
Məsələn: məktubu yazmaq,yaxşı oxumaq, vətəni sevmək (əsastərəfləri məsdərdir);
məktubu yazan,yaxşı oxuyan, vətəni sevən (əsas tərəflər feili sifətdir);
məktubu yazarkən, yaxşı oxuyanda, vətəni sevəndə (əsas tərəflər feili bağlamadır).
Feili birləşmələrin əsas (ikinci) tərəfləri feillə ifadə olunur, buna görə də hərəkət bildirir. Birləşmələrin asılı (birinci) tərəfləri isə hərəkəti müxtəlif cəhətdən izah edir və əsasən, aşağıdakı mənaları bildirir:
1. Hərəkətin subyektini (iş görən): biz gələndə, o danışdıqca, uşaq gülərkənvə s.
2. Hərəkətin obyektini (üzərində iş görülən əşyanı): qonaqları qarşılamaq, sərgiyə baxmaq, kitabdan öyrənmək və s.
3. Hərəkətin yerini: şəhərəd yaşamaq, kəndə getmək və s.
4.Hərəkətin kəmiyyətini: çox uxumaq, dəfələrlə təkrar etmək və s.
5. Hərəkətin tərzini: gülə-gülə demək, ucadan gülmək və s.
Ev yiyəsi gələnləri mehribanlıqla qarşıladı
İsmi birlesmeye aid cümlə
Əsas (ikinci) tərəfi feilin təsriflənməyən formaları (məsdər, feili sifət və feili bağlama) ilə ifadə olunun söz birləşmələrinə feili birləşmələr deyilir.
Yəni, siz məsdər, feili sifət və feili bağlama mövzularını oxuyub, şəkilçilər haqqında məlumatı ala bilərsiniz.
http://azgrammar.top/feili-baglama/
http://azgrammar.top/m-sd-r/
http://azgrammar.top/feili-sif-t/