Feildən düzələn sifətlər

Aşağıdakı leksik şəkilçilərin köməyi ilə feil köklərindən sifət düzəlir:
-ağan (-əyən): qaç-ağan (at), gül-əyən (uşaq) və s. Ağla-ğan (körpə) düzəltmə sifəti də bu şəkilçinin köməyi ilə düzəlmişdir. Burada feil kökü saitlə bitdiyi üçün şəkilçidəki birinci sait səs düşmüşdür.
-qan (-kən): çalış-qan (şagird), dalaş-qan (uşaq), sürüş-kən, döyüşkən və s. Deyin-gən düzəltmə sifəti də bu şəkilçinin köməyi ilə düzəlmişdir. Bu sözdə feil cingiltili samitlə bitdiyi üçün şəkilçinin ilk samiti də kar yox, cingiltili samitdir.

-ğın4 (-gin, -gun, -gün). Bu şəkilçi sonu cingiltili samitlə bitən feil köklərinə qoşulur. dal-ğın (baxış), gər-gin (iş), əz-gin (sifət), sol-ğun (çiçək) və s.
-qın4 (-kin, -qun, -kün). Yuxarıdakı şəkilçinin variantı olan bu şəkilçi sonu kar samitlə bitən feil köklərinə qoşulur: sat-qın, kəs-kin, küs-kün, öt-kün və s.
-ıq4 (-q, -k): aç-ıq, əz-ik, yan-ıq, böyü-k, çürü-k və s.
-ıcı4: qır-ıcı, keç-ici, qur-ucu, öldür-ücü və s.
aq2 (-q, -k): qorx-aq, ürk-ək, parla-q, titrə-k və s.
-unc, ünc: qorx-unc (hadisə), gül-ünc (iş) və s.
-ma2: hör-mə, bur-ma, al-ın-ma və s.

Qeyd: Feildən sifət düzəldən şəkilçilərindən -qın4, -gın4, -ıq4 və -aq2 şəkilçiləri ilə bəzi isimlər də düzəlir. Məsələn: basqın, yanğın, qırğın və s. 

-kən, -kin, -kün şəkilçilərinin ilk samiti tələffüzdə cingiltili tələffüz olunur. Məsələn: sürüşkən – sürüşgən, kəskin – kəsgin və s.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir