Feildən düzələn isimlər

Feildən düzələn isimlər
-iş4 (-ş)
şəkilçisi feil köklərinə qoşularaq, hal-vəziyyətlə, hərəkətlə bağlı isimlər düzəldir.  Bax-ış, anla-yış, qaç-ış, gəl-iş, düzəl-iş, göstər-iş, dur-uş, vur-uş, gül-üş, döy-üş, tanı-ş və s.

-aq2 (-q, -k) şəkilçisi ilə müxtəlif mənalı isimlər düzəlir: yat-aq, qaç-aq, dara-q, sına-q, yama-q, istə-k, ələ-k, bəzə-k və s.

-ma2 şəkilçisi ilə feil köklərindən müxtəlif mənalı isimlər düzəlir: vur-ma, qovil-ma, dol-ma, qoş-ma, çək-mə, döşə-mə və s.

-qı4 (-qı, -ki, -qu, -kü) şəkilçisi sonu kar samitlə bitən feil köklərinə qoşularaq, əşya bildirən və mücərrəd mənalı isimlər düzəldir: as-qı, səp-ki, pus-qu, sürt-kü, iç-ki və s. Yuxaridakı şəkilçinin başqa variantı olan –ğı4 (-ğı, -ği, -ğu, -ğü) şəkilçisi isə sonu cingiltili samitlə bitən feil köklərinə qoşularaq, müxtəlif mənalı isimlər düzəldir: çal-ğı, sev-gi, sil-gi, vur-ğu, duy-ğu, böl-gü və s.

-ti4 şəkilçisi müxtəlif mənalı isimlər düzəldir: qışqır-tı, qizar-tı, çığır-tı, görün-tü və s.

-inti4 şəkilçisinin köməyi ilə müxtəlif mənalı isimlər düzəlir: qaz-ıntı, yağ-ıntı, tik-inti, çök-üntü, sız-ıntı , qır-ıntı, sıx-ıntı  və s.

Aşağıdakı şəkilçilər da az miqdarda feil köklərinə qoşularaq, isim düzəldir:

-maca2: bil-məcə, tap-maca və s.
4: yaz-ı, sanc-ı, qorx-u, ölç-ü və s.
ım4: yay-ım, gey-im, dey-im və s.
-ın4: ax-ın, səp-in, ək-in və s.
-ıq4: bacar-ıq, sarmaş-ıq, cız-ıq, bil-ik və s.
-acaq2: yan-acaq, dayan-acaq, sil-əcək və s.
-ğac, gəc: say-ğac, süz-gəc və s.
-ıcı4: al-ıcı, seç-ici, sat-ıcı, bağla-yıcı və s.
-cə: düşün-cə, əylən-cə və s.
-ar2: aç-ar, kəs-ər, dəy-ər və s.
-maq2: cax-maq və s.
-gə: süpür-gə, dön-gə, böl-gə və s.
-c: qazan-c, güvən-c və s.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir