Təsdiq və inkar feillər

Feillər hərəkətin icra olunub-olunmaması baxımından iki cür olur: təsdiq feillər, inkar feillər. Təsdiq feillər hərəkətin icra olunmasınl bildirir. Təsdiq feillərin xüsusi şəkilçisi yoxdur. Məsələn: yaz, aldı, gəlirəm, baxacaq və s. İnkar feillər hərəkətin icra edilmədiyini bildirir və vurğu qəbul etməyən qrammatik –ma2 şəkilçisi ilə düzəlir. Məsələn: yazma, alma, getmə, baxmayacaq,

Oxumağı davam edin

Feilin təsriflənən formaları və şəkilləri

Feillər şəxsə, kəmiyyətə və zaman görə dəyişib, dəyişməməsinə görə iki qrupa bölünür. Təsriflənən formalar və Təsriflənməyən formalar. Feilin şəxsə və kəmiyyətə görə dəyişən formalarına feilin təsriflənən formaları deyilir. Feilin təsriflənən formalarına feilin şəkilləri daxildir. Feilin şəkilləri Feilin şəkilləri danışan (haqqında danışılan) şəxsin görülən işə, hərəkətə münasibətini bildirir. Feilin altı şəkli

Oxumağı davam edin

Feilin qrammatik məna növləri

Feilin qrammatik məna növləri danışan şəxsin (iş görənin – subyektin) üzərində iş görülən əşya ilə qarşılıqlı münasibətini bildirir. Burad subyektin məlum olub-olmaması, işin subyektin öz üzərində görülməsi qarşılıqlı-birgə şəkildə yerinə yetirilməsi əsas götürülür. Bu baxımdan feilin aşağıdakı qrammatik məna nöxləri var: məlum növ, qayıdış növ, qarşılıq-birgəlik növ, icbar növ, məchul

Oxumağı davam edin

Feilin morfoloji təhlili

Feilin morfoloji təhlil qaydası aşağıdakı kimidir: 1. Feilin leksik mənaca növü və sualı; 2. Quruluşca növü; 3. Feilin qrammatik məna növü; 4. Təsirli və ya təsirsiz olması; 5. Təsdiq və ya inkarda olması; 6. Təsriflənən və ya təsriflənməyən formada olması; 7. Hansı şəkildə olması, zamanı və şəxsi; 8. Cümlədə rolu.

Oxumağı davam edin

Feili bağlama

Feili bağlama həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyır. Cümlədəki əsas feili müxtəlif cəhətdən izah edir. Feili bağlama şəkilçiləri aşağıdakılardır. 1.-ib4 şəkilçisi ilə düzələn feili bağlama bir neçə mənanı ifadə edir: a) İş və hərəkətin əsas feilidən əvvəl icra olunduğunu bildirir, nə zaman? sualına cavab olur. Məsələn: O, kənd orta

Oxumağı davam edin

Feili sifətin isim kimi işlənməsi

Feili sifət də sifət və say kimibəzən ismin yerində işlənir, yəni isimləşir. İsimləşmiş feili sifət ismin xüsusiyyətlərini daşıyır: hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir və bəzi qoşmalarla işlənə bilir. Məsələn: Qaçanı qovmazlar. Yıxılana balta vuran çox olar. Gələcəyimiz parlaqdır.Yazdıqlarımı unutmuşam və s. Bu cümlələrdəki qaçanı, yıxılana balta vuran, gələcəyimiz, yazdıqlarımı feili

Oxumağı davam edin

Feili sifət

Feili sifət həm feilin, həm də sifətin əlamətlərini daşıyır. Feili sifət şəkilçiləri aşağıdakılardır: 1. –an2. İkivariantlı bu şəkilçi vasıtəsi ilə indiki zaman mənalı feili sifətlər düzəlir: qaç-an, açıl-an, gör-ül-ən və s. Feil kökü saitlə bitdikdə bitişdirici y samiti əlavə olunur: oxu-yan, mələ-yən və s.

Oxumağı davam edin

Məsdər

Məsdər həm feilin, həm də ismin xüsusiyyətlərini daşıyır. Məsdər feilin kökünə və ya başlanğıc formasına -maq2 (bəzən də -ma2) şəkilçisini artırmaqla düzəlir: yazmaq, yazılmaq, yazışmaq, becərmə, oxuma və s. Məsdərin feilə aid xüsusiyyətləri aşağıdakılardır: 1. Feilin təsriflənən formaları ilə məsdər eyni leksik mənanı bildirir. Məsələn: yaz, yazdım və s. kimi

Oxumağı davam edin

İdi, imiş, isə hissəcikləri

İdi, imiş, isə hissəcikləri feillərin və adların üzərinə artırılır. İdi, imiş, hissəcikləri əmr şəkli və şühudi keçmiş zaman istisna olmaqla, feilin digər şəkillərinə artırıla bilir. İdi, imiş hissəcikləri sonu samitlə bitən feil şəkillərində həm ayrı, həm də bitişik yazılır: almış idi – almışdı, gələcək imiş – gələcəkmiş və s.

Oxumağı davam edin

Xəbər şəklinin zamanları

Xəbər şəklinin keçmiş zamanı İş və hərəkətin danışılan vaxtdan əvvəl baş verdiyini bildirir. Keçmiş zamanın iki növü var: şühudi keçmiş zaman və nəqli keçmiş zaman. Şühudi keçmiş zaman iş və hərəkətin keçmişdə icra olunub-olmadığını qəti şəkildə bildirir. Feil kökünə və ya başlanğıc formasına -dı4 şəkilçisini və şəxs şəkilçilərini artırmaqla düzəlir:

Oxumağı davam edin