Dilçiliyin sahələri-Etimologiya, lüğətçilik, dialektologiya

Dilçilik, elmi dilin qayda-qanunlarını, xüsusiyyətlərini, quruluşunu öyrənir. Dil müxtılif baxımdan öyrənildiyi üçün ayrı-ayrı sahələrə bölünür. Dilçiliyin fonetika, leksikologiya (frazeologiya da bura daxildir), morfologiya və sintaksis kimi bölmələrindən başqa, etimologoya, lüğətçilik, dialektologiya kimi sahələri də vardır.

Etimologiya

Sözün mənşəyini, kökünü, nədən törəməsini öyrənən dilçilik sahəsinə etimologiya deyilir.
Dilimizdə yaranma tarixi çox qədim olan elə sözlər var ki, indiki şəklində daşıdığı leksik məna anlaşılmır, yəni kökü, mənşəyi izah edilə bilmir. Bu halda etimologiya elminə üz tutmaq lazım gəlir. Ya elmi əsaslara söykənən elmi etimologiyanın, ya da xalqın məntiqinə əsaslanan xalq etimologiyasının (yalançl etimologiyanın) imkanlarından istifadə olunur. Sözün kökünü üzə çıxarmaq, onun başqa sözlərlə bağlılığını öyrənmək üçün aparılan dilçilik araşdırmasına etimologi təhlil deyilir.

Etimologi təhlillərdə nəticə həmişə eyni dəqiqlikdə olmur. Ona görə də ayrı-ayrı sözlərin etimologiyası haqqında bəzən bir neçə fikir olur. Yalançı, uydurma etimologiyanı elmi etimologiyadan fərqləndirmək vacibdir.

Lüğətçilik (Leksikoqrafiya)

Dilçiliyin praktik (təcrübi) sahəsi olub, lüğətlərin tərtibi, yaranma qaydalarıni öyrənir.
Lüğətlərin tərtibi ilə məşğul olan mütəxəssis lüğətçi – leksoqraf adlanır.

Lüğətçilik Azərbaycan – türk dilçiliyinin qədim sahəsidir. Mahmud Qaşqarlının məşhur “Divanü lüğətit-türk” (türk dillərinin divanı) (1072) buna nümunə ola bilər. Cəmaləddin ibn Mühənna, Hinduşah Naxçivani, Hümam Təbrizi (XIII-XIV əsrlər), Mirzə Məhəmmədəli Kazım bəy (XIX əsr) kimi Azərbaycan alimləri da lüğət tərtib etmişlər.

M.Qaşqarlı türk dünyasının böyük alimidir. Onun lüğəti türk dünyasının ilk ensiklopediyasıdır. 10 ilə yazılan lüğətdə 9000-dən çox söz və ifadə var. Lüğətin yeganə əlyazması XIII əsrdə Azərbaycanda köçürülübdür. Bu əlyazma 1915-ci ildə Türkiyədə tapılıb və nəşr edilib.

XX əsrin əvvəllərində Sultan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyov, Qarabəy Qarabəyov, Əliağa Şıxlınski bir sıra lüğətlər tərtib etmişlər. Lüğətçilik sahəsində ən böyük hadisələr 1940-cı illərdə Heydər Hüseynovun rəhbərliyi ilə çıxmış dördcildlik “Rusca-Azərbaycanca lüğət” və 1964-1987-ci illərdə Əliheydər Orucovun müəllifliyi və rəhbərliyi ilə nəşr olunmuş 4 cildlik “Azərbaycan dilinin izahlı lüğəti” son 50 ildə lüğətçilik sahəsində görülmüş ən böyük iş sayılır.

Lüğətlərin bir neçə növü var: izahlı lüğətlər, tərcümə lüğətləri və terminiloji lüğətlər.

Dilimizin ilk elmi qrammatikasını isə Mirzə Kazım bəy (1802-1870) yazmışdır. Rusiyada şərqsünaslığın əsasını qoyan Mirzə Kazım bəyin əsərlərinin çoxu Avropa dillərinə tərcümə edilərək, London və Parisdə nəşr edilmişdir.

Dialektologiya

Dialekt və ya şivəni öyrənən dilçilik sahəsidir. Yerli – məhəlli danışığa dialekt və ya şivə deyilir.

Bir çox çivələrimizdə eıə qədim sözlər qorunub saxlanılmışdir ki, vaxtilə ədəbi dilimizdə işlənmiş, lakin indi unudulmuşdur. Bu baxımdan dialektlər dilimizin tarixini, onun inkişaf mərhələrini öyrənmək üçün çox əhəmiyyətlidir.

Ayrı-ayrı ərazilərdə işlənən yerli – məhəlli söz və ifadələrə dialekt sözləri deyilir.
Bədii əsərlərin dilində işlənən məhəlli əlamətlərə – dialektizimlərə rast gəlmək olur.

Facebook Comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir