Ədatların başqa nitq hissələrindən fərqləndirilməsi

Bəzi ədatlar dilimizdə başqa nitq hissələri kimi də işlənir, yəni omonim olur. Həmin ədatlar, əsasən, aşağıdakılardır:
1.Ancaq, da, ki, də sözləri bağlayıcı və ədat kimi işlənə bilir. Məsələn: Mən ancaq bu gün işlərimi qurtara bildim (ədat). Mən cox dedim, ancaq o, sözlərimə qulaq asmadı (bağlayıcı). Sən ki mənə söz vermişdin! (ədat). Sən özün dedin ki, imtahan sabahdır (bağlayıcı). 

Ki bağlayıcısından sonra həmişə vergül qoyulur, ki ədatından sonra isə vergül qoyulmur.

2. Bax, qoy, gör, gəl sözləri feil və ədat kimi işlənə bilir. Məsələn: Ora bax, gələn uşaqlardır (feil). Sözü bax belə açıq deyərlər (ədat). Çantanı yerə qoy (feil). Uşağa dəymə, qoy oyuncaqları ilə oynasın (ədat). Gedək, sən də onu gözlərinlə gör (feil). Gör bir nə iş tutdum (ədat). Bir bizim tərəflərə də gəl (feil) və s.

3. Tək sözu sifət, zərfədat kimi işlənir: Tək əldən səs çıxmaz (sifət). Hamı gedib, tək qalmısan (zərf). Bu işi tək sən bacararsan (ədat).

4. Elə, belə, necə, nə sözləri əvəzlik ədat kimi işlənir. Məsələn: Elə (belə) dost çətin tapılar (əvəzlik). Elə yerində deyibsən (ədat). Bu barədə bir kəlmə belə danışma (ədat). Uşaq necə oxuyur? (əvəzlik). Amma necə dedin (ədat). və s.

5. Bir, bircə sözləri say və ədat kimi işlənir. Məsələn: Bir sən bizim Bakıya bax (ədat). Bu, bircə günlük işdir (say-bir + -ədat). Bircə yaz tez gəlsəydi (ədat). Belə sözlərin ədat və ya başqa nitq hissəsi olduğunu müəyyən etmək üçün onların cümlədəki məna vəzifəsinə diqqət yetirmək lazımdır.

6. bəs sözü sual ədatı olmaqla yanaşı, kifayətdir mənasında işlənib xəbər ola bilir. Məsələn: Bu məlumat mənə bəsdir.

Ədatların orfoqrafiyası

Ədatlardan yalnız sual bildirən -mı4 və əmr bildirən -sana4 və qüvvətləndirici -ca2 ədatları sözlərə bitişik yazılır.
Məsələn: gəlsənə, yazsana, aldınmı?, Gördünmü? və s.

-mı4 sual ədatı da,də ilə işləndikdə ondan ayrı yazılır.
Məsələn: Sən də mi gedirsın? O yenə də mi danışacaq?
Qalan ədatlar sözlərdən ayrı yazılır.
Bəli, xeyr, yox ədatlarından sonra vergül qoyulur.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *