Cümlə anlayışı

Cümlə bitmiş bir fikri ifadə edir. Cümlənin baş üzvlərindən (hər ikisindən və ya birindən) ibarət qrammatik əsası olur. Cümlədə ya müəyyən bir iş, hadisə haqqında məlumat verilir, ya bir şey soruşulur, ya da bir işə təhrik edilir. Hə hansı bir söz və ya söz birləşməsi cümlə şəklində formalaşmasa, bitmiş bir fikri ifadə edə bilməz. Məsələn: məktəbin həyəti, uşaqların səsi, zang vurulanda, sıraya düzələn uşaqlar və s. kimi birləşmələrdə müəyyən əşya və hadisələrin yalnız adı çəkilir, onlaq haqqında bitmiş fikir isə ifadə olunmur.

Məktəbin həyəti səliqəlidir. Uşaqların səsi eşidilir.Zəng vuruldu? Siraya düzülün! – cümlələrində isə ya bir iş haqqında məlumat verilir, ya bir şey soruşulur, ya da bir işə təhrik edilir. Bütün bunlarda bitkin fikir vardır.

Sözlərin bitmiş fikir ifadə edən birləşməsinə cümlə deyilir.

Cümlə ayrı-ayrı sözlərin, həm də söz birləşmələrinin bir-biri ilə əlaqələnməsi yolu ilə yaranır. Məsələn: Anar məktəbdə oxuyur. Onun atası neft mühəndisidir. Birinci cümlə sözlərin (Anar, məktəb, oxumaq), ikinci cümlə isə iki söz birləşməsinin (Onun atası, neft mühəndisi) məna və qrammatik cəhətdən əlaqəsindən yaranmışdır.
Cümlə yalnız bir sözdən də ibarət ola bilər. Məsələn: Axşamdır. Sakitlikdir. Qaranlıqdır. və s. Bu sözlərin üçü də bitmiş fikri ifadə edir, buna görə də cümlədir.

Cümlələr quruluşuna görə sadəmürəkkəb olur.
Sadə cümlənin bir qrammatik əsası olur. Məsələn: Zəng vuruldu. Dərs başlandı.
Mürəkkəb cümlənin isə iki və daha artıq qrammatik əsası olur. Məsələn: Müəllim sinfə daxil oldu, şagirdlər ayağa qalxdılar.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *