Cümlə üzvləri, cümlənin baş üzvləri. Mübtəda

Bir biri ilə həm mənaca həm də qrammatik cəhətdən bağlı olan və müəyyən bir sintaktik suala cavab verən sözlərə cümlə üzvləri deyilir.

Cümlədəki sözlərin heç də hamısı cümlə üzvü ola bilmir. Hər hansı bir söz cümlə üzvü olmaq üçün, birinci növbədə, leksik məna daşımalı və başqa bir sözlə sintaktik əlaqədə olmalıdır. Deməli, cümlə üzvləri yalnız əsas nitq hissələri ilə ifadə olunur. Üyrəndiyimiz kimi, isim cümlədə daha çox mübtəda və tamamlıq; sifətsay, əsasən, təyin; zərf zərflik; təsriflənən feillər isə xəbər olur. Əvəzlik əvəz etdiyi nitq hissəsinin sintaktik vəzifəsini daşıyır.

Cümlə üzvləri söz birləşmələri ilə də ifadə olunur. Nitq hissələri ilə ifadə olunan cümlə üzvləri quruluşca sadə, söz birləşmələri ilə, mürəkkəb adlar ilə ifadə olunan cümlə üzvləri isəmürəkkəb cümlə üzvləri olur.

Cümlənin beş üzvü var. Cümlənin təşkilindəki vəzifəsinə görə cümlə üzvləri iki növə bölünür:
1. Baş üzvlər: mübtəda, xəbər
2. İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik

Cümlənin baş üzvləri

Mübtəda

Mübtəda cümlədə haqqında danışılan şəxsi, əşyanı bildirən baş üzvdür. Kim?, nə? bəzən də hara? suallarından birinə cavab verir, ismin adlıq halında olan sözlərlə və söz birləşmələri ilə ifadə olunur.
Məsələn: Uşaq (kim?) evdədir. Bulaq suyu (nə?) sərin olur. Bərdə (hara?) qədim şəhərdir və s.

Mübtəda daha çox isimlə və əvəzliklə ifadə olunur.

Məsdər və isimləşmiş sifət, feili sifət, say, zərf də cümlədə mübtəda ola bilir.
Məsələn: Yaşamaq gözəldir. Qocalar dayağımızdır. Yaşayan yaratmalıdır.

Mübtəda söz birləşmələri və mürəkkəb adlarla da ifadə olunur.
Məsələn: El gücü (nə?) böyük qüvvədir. Meşəyə gedənlər (kim?) qayıtdılar və s.

Mübtəda quruluşca sadəvə mürəkkəb olur.
Nitq hissələri ilə ifadə olunan mübtədalar sadə, söz birləşmələri və mürəkkəb adlarla ifadə olunan mübtədalar isə mürəkkəb olur.

Mübtəda qrammatik cəhətdən cümlənin ən müstəqil üzvüdür, yəni heç bir cümlə üzvünə tabe olmur. Mübtəda cümlədə ən çox xəbərlə bağlı olur.Mənsubiyyət və cəm şəkilçiləri qəbul etmiş sözlər də cümlədə mübtəda olur.
Məsələn: Atam (kim?) müəllimdir. Şagirdlər (kim?) məktəbə gedirlər.

Adlıq halda olan sözlər cümlədə mübtəda olur.

Qeyd: Bəzi hallarda subyekt həmtəsriflənməyən feilə, həm də cümlənin xəbərinə aid olur.
Məsələn: O, evə gələndə dostunu gördü cümləsindəki o əvəzliyi həm gələndə feili bağlamasının, həm də gördü xəbərinin subyektidir. Belə hallarda subyekt cümlənin mübtədası sayılır. Bu cümlədə də o əvəzliyi cümlənin mübtədasıdır. 

Facebook Comments

3 comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *