Cümlənin məqsəd və intonasiyaya görə növləri

Cümlənin məqsəd və intonasiyaya görə dörd növə bölünür: nəqli cümlə, sual cümləsi, əmr cümləsi, nida cümlə.

Nəqli cümlə

Nəgli cümlələrdə müəyyən bir iş, hadisə, əşya və s haqqında məlumat verilir.
Məsələn: Yaz gəlir. Əkin işləri başlanır. Sular bulanır və s. Nəqli cemlələr adi intonasiya ilə deyilir. Dilimizdə başqa cümlə növlərinə nisbətən nəqli cümlələr daha çox işlənir. Nəqli cümlələrin sonunda nöqtə və ya üç nöqtə qoyulur.

Sual cümləsi

Sual məqsədi ilə işlədilən cümlələrə sual cümləsi deyilir.

Belə cümlələr bir şey haqqında məlumat almaq və ya hər hansı bir məlumatı dəqiqləşdirmək məqsədi ilə işlədilir. Sual cümlələri üç yolla yaranır.
1. Sual əvəzliklərin köməyi ilə.
Məsələn: Neçə yaşın var? Hansı məktəbdə oxuyursan? Məktəbiniz haqqında nə bilirsən? Bu cümlələr neçə?, hansı? və nə? sual əvəzliklərinin köməyi ilə yaranmışdır.

2. Sual ədatlarının köməyi ilə.
Məsələn: Dərslərini oxudunmu? Bəs sən gəlməyəcəksən? Bu cümlələr -mi və bəs sual ədatlarının köməyi ilə yaranmışdır.

3. Yalnız sual intonasoyasının köməyi ilə.
Məsələn: Dərs başlandı? Yaz gəlir? Sən gedirsən? Sual cümlələrinin bu növündə intonasiya cümlənin sonunda yüksəlir. Bu tip cümlələrin cavabında ya həmin cümlələrin özlərini, ya da bir hissəsini təkrar etmək lazımdır.
Məsələn: Bəli, dərs başlandı. Bəli, başlandı və s. Sual ədatlarının köməyi ilə yaranan sual cümlələrinin cavabı da bu qayda ilə düzəlir.

Sual əvəzliklərinin köməyi ilə yaranan sual cümlələrində isə sual əvəzliyinin tələb etdiyi sözü işlətmək lazımdır.
Məsələn: Neçənci sinifdə oxuyursan? – Onuncu.

Sual cümlələrinin sonunda sual işərəsi qoyulur.

Qeyd: Bəzi cümlələrdə işlənən sual əvəzlikləri cavab tələb etməyədı bilər. Kimin gəldiyini gördünmü? sual cümləsi əvəzliyin köməyi ilə deyil, intonasiya və sual ədatının köməyi ilə yaranmışdır. Çunki sual əvəzliklərinin köməyi ilə əməmlə gələn cümlələrdə cavab birbaşa əvəzliyə verilir. Məsələn: Hara gedirsən? – Evə. Kimin gtəldiyini gördünmü? cümləsində isə hə, gördüm və yox görmədim şəklində cavab vermək mümkündür.

Əmr cümləsi

Əmr, istək, arzu, xahiş, məsləhət və s. kimi mənaları bildirən cümlələrə əmr cümləsi deyilir.

Belə cümlələrin xəbəri əmr şəklində olan feillə ifadə olunur. Məsələn: Uşağa su verin. Dərslərini yaxşı oxu. Gözləsin. Gedək və s.

Əmr cümlələrin sonunda da nöqtə və ya uç nöqtə qoyulur.

Nida cümləsi

Yüksək hiss və həyəcanla deyilən cümlələr nida cümləsi adlanır.
Nəqli, sual və əmr cümlələri həyəcanlı intonasiya ilə deyildikdə nida cümlələrinə çevrilir. Nida cümlələri iki yolla yaranır:
1. İntonasiyanın köməyi ilə.
2. Nidaların (nitq hissəsi olan nidanın) köməyi ilə. Nida cümlələri daha çox bədii əsərlərdə, xüsusilə də dram əsərlərində və şeirlərdə işlənir. Nida cümləsinin sonunda nida və ya sual və nida işarəsi qoyulur.

 

Facebook Comments

2 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir