Bağlayıcıların quruluşca növləri və orfoqrafiyası

Bağlayıcılar quruluşca sadə və mürəkkəb olur. Və, ilə, amma, ancaq, lakin, gah, yəni, hərçənd, hətta, əgər, çünki bağlayıcıları quruluşca sadədir. Ayrı yazılan indi ki, ona görə ki, belə ki, yəni ki, həm də, ya da istərsə də, gah da və bitişik yazılan halbuki, habelə, hərgah bağlayıcıları isə mürəkkəb bağlayıcılardır. Bağlayıcıların bəzilərini vergüllə əvəz etmək olur.
Məsələn: Zəng vuruldu və dərs başlandı cümləsindəki  bağlayıcısını vergüllə əvəz etmək olar.

Bağlayıcıların quruluşca növləri

Cümlədə təkrar olunan (qoşa işlənən) həm, həm də, ya, ya da, gah, gah da, nə, nə də və s. bağlayıcılarının ikisindən əvvəl vergül qoyulur. Məsələn: həm oxuyur, həm də işləyir.

Amma, ancaq, lakin bağlayıcılarından əvvəl vergül qoyulur. Məsələn: Göy guruldadı, amma yağış yağmadı. Bu bağlayıcılar bir-birini əvəz edə bilir, yəni sinonim bağlayıcılardir.

Təkrar işlənən da, də bağlayıcılarından sonuncusu istisna olmaqla, sonra vergül qoyulur. Məsələn: Uşaq da, cavan da, qoca da azadlıq istəyir.

Mürəkkəb cümlələrdə işlənən çünki, ona görə ki, ona görə də bağlayıcılarından əvvəl vergül qoyulur.

Qeyd 1: İlə bağlayıcısı və ilə qoşması omonimdir. Bunları bir-birindən fərqləndirmək üçün nəzərə almaq lazımdır ki, bağlayıcı kimi işlənən ilə sözünü (və ya onun qısa -la, -lə şəklini)  bağlayıcısı ilə, eləcə də vergüllə əvəz etmək mümkündür. Məsələn: Tural ilə Anar qardaşdır – Tural və Anar qardaşdır. İlə qoşmasını isə bağlayıcısı ilə əvəz etmək mümkün deyil. Məsələn: Əli ilə vacib işim var.

Qeyd 2: Başlasın şeirlə, sazla, söhbətlə
               Bu ellər bayramlı ellər düyünü
nümunəsində üç məqamda -la2 işlənmişdir. Bunların heç biri bağlayıcı deyil, hər üçü qoşmadır. Əvvəla, ona görə ki -la2 bağlayıcı olsa idi, ondan sonra vergül qoyulmazdı. İkincisi, bu sözlər həmcins üzv vəzifəsindədir və sonuncuda da -la2 işlənmişdir.

Qeyd 3: Ki bağlayıcısı ilə sifət düzəldən -kı4 şəkilçisini qarışdırmamalı. Sifət düzəldən -kı4 şəkilmisi dörd cür yazılır və əsasən, zaman bildirən sözlərə artırılır: səhərki (görüş), axşamkı (qonaq) və s. Bu şəkilçi yiyəlik halda olan əvəzliklərə da qoşulur: bizimki, onlarınkı, özümüzünkü və s.

Ki bağlayıcısı həmişə mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayır, ayrı yazılırondan sonra vergül qoyulur.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir