Bağlayıcı və mənaca növləri

Bağlayıcı – cümlə üzvləri və ya cümlələr (bəzən də abzaslar) arasında əlaqə yaradan,onları qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi nitq hissəsidir.

Cümlədəki vəzifəsinə (sintaktik vəzifəsinə) görə bağlayıcılar iki növə bölünür: tabesizlik bağlayıcıları, tabelilik bağlayıcıları.

Tabesizlik bağlayıcıları həm sadə cümlədə, həm də tabesiz mürəkkəb cümlələrdə işlənir. Sadə cümlələrin həmcins üzvlərini, tabesiz mürəkkəb cümlələrin isə tərkib hissələrini bir-birinə bağlayır.
Tabelilik bağlayıcıları isə yalnız tabeli mürəkkəb cümlələrdə işlənir və onların tərkib hissələrini bir-birinə bağlayır.

Bağlayıcıların mənaca növləri

Tabesizlik bağlayıcılarının mənaca aşağıdakı növləri var:
1.Birləşdirmə bağlayıcıları: və, ilə (-la, -lə). Məsələn: Sagird üçün nizam-intizam çalışqanlıq başlıca şərtdir. Aliyə ilə Aydın bir sinifdə oxuyurlar.
 bağlayıcısı istər sadə cümlənin həmcins üzvlərini, istərsə də tabesiz mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlayır. Məsələn: Günay Aysu rəfiqədirlər (sadə cümlə). Zəng vuruldu şagirdlər sinfə daxil oldular (tabesiz mürəkkəb cümlə).

İlə bağlayıcısı isə yalnız sadə cümlənin həmcins üzvlərini bir-birinə bağlayır.

2. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, fəgət, halbuki, isə. Məsələn: Qonaq onu tanıdı, amma (ancaq, lakin) heç nə demədi.

3. Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, gah, gah da, gah da ki, istər, istərsə, istərsə də, yaxud. Məsələn: Ya yaz, ya da diqqətlə qulaq as. Gah gün çıxırdı, gah da yağış yağırdı. İstər şagirdlər, istərsə də müəllimlər bir mövzunu çox xoşlayırlar.

4. İştirak bağlayıcıları: həm, həm də, həm də ki, nəinki, o cümlədən, hətta, habelə, həmçinin, da-da (də-də), da, də. Məsələn: Uşaq həm gündüzlər, həm də gecələr dincəlmir. Bütün kənd camaatı, hətta qocalar düşmənə qarçı vuruşur. Baba da, nənən sevinirdi. İclasda kadr məsələsi müzakirə olundu. Onlar da zəlzələdən zərər çəkənlərə yardım göndərdi.

5. İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. Məsələn: Uşaq yazır, nə dƏ oxuyur. Bu bağlayıcıların işləndiyi cümlələrin xəbəri təsdiqdə olur.

6. Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki, məsələn. Məsələn: Bakının zəngin sərvəti, yəni nefti var. O, bir çox şairlərin, məsələn – Füzulinin və Nəsiminin şeirlərini əzbər bilir.[:en]Bağlayıcı – cümlə üzvləri və ya cümlələr (bəzən də abzaslar) arasında əlaqə yaradan,onları qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi nitq hissəsidir.

Tabelilik bağlayıcıları

Bağlayıcıların quruluşca növləri

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir