Adlıq cümlə, söz cümlələr

Adlıq cümlə

Əşyanın və ya hadisənin adını çəkmək yolu ilə onun varlığı haqqında məlumat verən, xəbərlik şəkilçisi qəbul etməyən sözlərdən və ya söz birləşmələrindən ibarət olan cümlələrə adlıq cümlə deyilir.

Adlıq cümlələrdə əşya və ya hadisənin varlığı bildirilir, lakin onun haqqında əlavə məlumat və ya hökm verilmir. Məsələn: Ay işığı. Durna qatarı. Sakit bir hava. Yenə həmin yer və s.

Adlıq cümlələr formaca ismi birləşmələrə oxşasa da, intonasiya bitkinliyi baxımından onlardan fərqlənir. İntonasiyanın gücü ilə ayrı-ayrı sözlərdə adlıq cümlə kimi işlənə bilir. Məsələn: Tufan! Dəhşət! və s.

Adlıq cümlə, əsasən, yazılı nitq fikridir.Şifahi nitqdə, əsasən, adlıq cümlələrdən istifadə edilmir. Yazıda mətnin quruluşu, sözlərin və söz birləşmələrinin düzülüşü onların fikir ifadə etməsinə kömək edir. Adlıq cümlələrdən ibarət mətnləri oxuyanda intonasiya sözlərin və söz birləşmələrinin cümlə məqsədi ilə işləndiyini bildirir. Məsələn:

Axşam üstü.Bulaq başı.Mis səhəng,
Üç gəlinin bir ağızdan gülməyi (S.Vurğun).

Adlıq cümlələrdə mübtəda adlıq halda olur, isimlə və ismi birləşmələrlə ifadə olunur. Adlıq cümlələr ən çox dram əsərlərinin remarklarında, şeir və nəsrdə, jurnal və qəzet məqalələrində işlənir. Adlıq cümlələrin köməyi ilə müəllif fikri daha təsirli və yığcam şəkildə ifadə edə bilir. Adlıq cümlələr də müxtəsər və geniş olur: Payız. Axşam. Nəğmələr (müxtəsər). Dağın ətəyində gözəl birmənzərə. Genişvə zəngin naxışlarla işlənmiş bir zal (geniş) və s.

Söz-cümlələr

Söz-cümlələr bir sözdən ibarət olub, üzvlənməyən cümlələrə deyilir.
Cümlə şəklində olan belə sözlər üzvlənmir, yəni cümlə üzvlərinə ayrıla bilmir. Bəli, hə, yox, xeyr, əsla və s. ədatları; əlbəttə, bəlkə də, şübhəsiz, şəksiz, yəqin ki, sözsüz, əsla və s.modal sözləri, əsasən, dialoqla ayrılıqda işləndikdə söz-cümlə kimi formalaşır.
Məsələn: Uşağı gördün? – Bəli. Məktəbə gedir? – Xeyr. Yaşı çatan kimi məktəbə qoy – Sözsüz.

Bəzi nidalar da təklikdə söz-cümlə kimi işlənir. Məsələn: Uşaq əlifbanı bilir.  – Əhsən!

Söz-cümlələr bir sözdən ibarət olsa da, bir cümlənin ifadə etdiyi fikrə bərabər fikri ifadə edir. Söz-cümlələrdən sonra intonasiyadan asılı olaraq, müxtəlif durğu işarələri (nöqtə, üç nöqtə, nida və sual işarəsi) qoyulur.

Qeyd: Ədat və modaı sözlər üzvlənən cümlə ilə birlikdə işlənib, həmin cümlədəki fikrə uyğun məna ifadə etdikdə söz-cümlə olmur. Məsələn: Bəs siz usta deyilsiniz? – Bəli, ustayam. Gərək siz də gedəsiniz. – Əlbəttə, gərək gedəm.

 

Facebook Comments

2 comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *