Ədat

Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə ədat deyilir.
Ədatları işləndiyi cümlələrdən çıxarsaq, həmin cümlələrin mənası müəyyən dərəcədə zəifləyə bilər. Məsələn: Artıq gözlədiyimiz gün gəlib çatdı. Bu cümləni artıq ədatı olmadan da işlətmək olar və ondakı məna dəyişməz, yalnız bir qədər zəifləmiş olar. Deməli, ədatların əsas vəzifəsi cümlədəki mənanı daha da qüvvətləndirmək və dinləyicinin diqqətini müəyyən bir cəhətə daha artıq yönəltməkdir.

Ədatların mənaca növləri

Ədatların mənaca aşağıdakı növləri var:
1.Qüvvətləndirici ədatlar: artıq,axı, ən, lap, daha, da, də, nə, hətta, necə, ha, ki, -ca2, belə,düz, bir,bircə və s.
Məsələn: Axı bizim günahımız nədir? Necə dedin? Ha gözlədim, sən gəlmədin. Bizə bir xal lazımdır. İndi onu gördüm. Biz ki belə danışmamışdıq. Hətta sən də bu işdən xəbərsizsən.

2. Dəqiqləşdirici ədatlar: elə, əsl, məhz
Məsələn: Elə hamı mən deyəni deyir. Ora əsl sənin yerindir.

3. Məhdudlaşdırıcı ədatlar: ancaq, yalnız, təkcə, tək bircə, bir və s. Məsələn: Onu dəyişdirsə, ancaq mühit dəyişdirər. Təkcə Anar bütün tapşırıqları düzgün həll etmişdi və s.

4. Sual ədatları: bəs, məgər, yəni, -mi4 və s. Məsələn: Bəs dünən niyə bizə gəlməmişdin? Məgər mən uşağam? Yəni, doğrudan, sən həmişəlik gedirsən?

5. Əmr ədatları: di, göy, gəl, gəlim, gör, görün, bax, qoysana, ha, gəlsənə, -sana2 və s. Məsələn: Di başla. Qoy dərsini oxusun. Gəl bu işdən əl çəkək.

6. Arzu ədatlari: kaş, kaş ki, təki, barı, gərək, bircə və s. Məsələn: Kaş biz də orada olaydıq. Bircə o günü görsə idim və s.

7. Təsdiq və inkar ədatları: bəli, bəli də, hə, yox, xeyr, heç, heç də və s. Ədatlardan sonra qrammatik principə görə vergül qoyulmur. Lakin bəli, hə, yox, xeyr ədatlarından sonra intonasoyanın tələbi ilə vergül qoyulur. Məsələn: Bəli, biz azadlığımıza qovuşduq. , de görüm, mən deyən oldu, olmadı?! Xeyr, sən yanılırsan.

Bəzən eyni bir ədat müxtəlif mənalarda işlənə bilər. Məsələn: bu ki bizim Əlidir! cümləsində ki ədatı quvvətləndirmə mənasınl, Ay uşaq, xəstələnməmisən ki? cümləsində isə sual mənasını bildirir.

Ha ədatı həm qüvətləndirici, həm də əmr ədatı kimi işlənə bilər Feilin əmr şəkli ilə işləndikdə bu ədat əmr ədatı, digər sözlərlə işləndikdə isə qüvvətləndirici ədat olur. Məsələn: evi təmizləyin ha (əmr). Sənə güvənirə ha (quvvətləndirici).

Qeyd: Qoysanagəlsənə sözləri bəzən yalnız ədat kimi, yerinə görə isə feil+ədat kimi işlənir. Məsələn: Qoysana bir a dincələk (ədat). Gəlsənə bu gün ora getməyək (ədat). Çantanı yerə qoysana (qoy-feil + sana-ədat). Sən də evə gəlsənə (gəl+feil + sənə-ədat).

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *