Əlifba

Azərbaycan əlifbası – 32 hərfdən ibarət latın qrafikalı əlifbadır. Azərbaycan dilinin fonem tərkibində 9 sait və 25 samit səs vardır. Bu 34 səs Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 32 hərf 34 səs var.

1 avqust Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.

Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan dilinin yazılması ərəb əlifbasının bir variantı ila başlanıb. Səlcuq və osmanlı türkləri X əsrdən başlayaraq ərəb əlifbasını əsas tutmuş və ərəb-fars əlifbası vasitəsilə çoxlu əsərlər yaratmışlar.

Ərəb əlifbası Azərbaycan dilinə kamilən uyğun olmasa da, keçmiş dövrlərdə bu əlifba vasitəsilə çox sayda dəyərli ədəbi və elmi əsərlər yaradılmışdır.

Cənubi Azərbaycanda isə bu gün də azərbaycanlılar təkcə fars dilində təhsil aldıqlarına görə ərəb əlifbasını öyrənirlər. İranda Azərbaycan dilini latın alifbası ilə yazma, heç bir qanun keçmədən, bir curm kimi sayılır. İran azərbaycanlıları öz dillərində təhsil almadıqları üçün, yalnız Azərbaycan dilində danışıq ədəbiyyatı ilə tanışdırlar.

Azərbaycan dilində yazı 1929-cu ilə kimi ərəb qrafikası ilə aparılmışdır. 1922-1939-cu illərdə latın qrafikalı əlifba üzrə (1929-cu ilə kimi ərəb əlifbası ilə paralel olaraq), 1939-1991-ci illərdə kiril qrafikası üzrə, 1991-ci ildən başlayaraq yenidən latın qrafikası üzrə aparılmışdır.

Əlifba, Azərbaycan dilinin əlifbası

Mövzular Güvənnəşriyyatın “Azərbaycan dili” kitabından götürülüb.
Mövzulara keç

 

Facebook Şərhləri

Bir şərh

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir